Amerikalıların təxminən yarısı və respublikaçıların böyük əksəriyyəti ABŞ-ın qlobal təsirinin getdikcə zəiflədiyini düşünür.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
“Pew Research” sorğusunun nəticələrinə görə, respondentlərin 47%-i ölkənin dünya səhnəsinə təsirinin azaldığını, 19%-i isə artdığını, qalanları isə dəyişmədiyini bildirib.
Nəticələr Co Baydenin Donald Trampı əvəzləməsinin ölkənin dünyadakı reytinqini və mövqeyini yaxşılaşdıracağına ümid edən demokratları təəccübləndirə bilər.
Prezident Baydenin tərəfdarları onun administrasiyasının ABŞ-ı iqtisadi müttəfiqləri və rəqibləri arasında yüksəldərək Amerikanın darmadağın edilmiş qlobal mövqeyini bərpa edəcəyi ilə bağlı fərziyyəni geniş şəkildə müdafiə etdilər.
Yeni sorğu Bayden administrasiyasının fəaliyyəti ilə bağlı sual verməsə də, bir çox amerikalının beynəlxalq səhnədə ölkələrindən narazı olduğunu göstərdi.
Yeganə