Məşhur amerikalı reper Şon “Diddi” Kombs “qadın alveri məqsədilə qadınları dövlətlərarası daşımaq” ittihamı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Elchi.az xəbər verir ki, ABŞ-da Federal Hakim Arun Subramanian çoxsaylı “seksual cinayətlər” iddiaları ilə gündəmdə olan reper “Diddy” ilə bağlı qərarını açıqlayıb.
Artıq bir il həbsdə olan “Diddi”nin cəzasının azaldılması ehtimalı olsa da, reperin vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Reperin vəkilləri onun həbsdə qaldığını əsas gətirərək dərhal azadlığa buraxılmasını, prokurorlar isə “Diddy”nin zorakılıq tarixini əsas gətirərək 11 il həbs istəyiblər.
Nuranə Məmmmədova





















