Amerikalı jurnalistin başını kəsən İŞİD-çi ingilis imiş
İngiltərənin baş naziri Devid Kemeron amerikalı jurnalist Ceyms Foulinin başını kəsən İŞİD-çinin britaniyalı ola
biləcəyini bəyan edib. Elchi.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, baş nazir deyib: “Biz videodakı qatilin şəxsiyyətini hələ müəyyən eləməmişik. Ancaq onun Böyük Britaniya vətəndaşı olması ehtimalı artır”.

Məlum olduğu kimi, baş nazir edam haqda video yayılan kimi tətilini yarımçıq qoyaraq Londona qayıdıb.
Az öncə İngiltərə KİV-də belə bir informasiya yayılıb ki, videodakı İŞİD-şi qatil Britaniya ləhcəsi ilə danışır. Britaniya xüsusi xidməti artıq səsi təyin edən xüsusi avadanlıq vasitəsilə quldurun şəxsiyyətinin müəyyən edilməsi üzərində işə başlayıblar. Xüsusi proqram həmçinin, bu adamın harada doğulub-boya başa çatdığını da ləhcə əsasında müəyyən edə bilər. Bunu da Britaniya KİV-ləri yazır.