
ABŞ Silahlı Qüvvələrinin Qərargahlar rəisi Komitəsinin sədri Cozef Danford Konqresin Nümayəndələr Palatasında Müdafiə Nazirliyinin büdcəsi üzrə dinləmələr zamanı Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarındakı oynadığı böyük rolu qiymətləndirib.
Dinləmələrdə Əfqanıstandakı əməliyyat zamanı regionda olan müttəfiqlər zamanı Azərbaycanın rolu barədə iştirakçılardan birinin sualını cavablandıran Danford bəyan edib ki, o fevralda Azərbaycana səfər edib və orada ölkə rəhbərliyi ilə görüşüb.
O, Əfqanıstana göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib. ABŞ-ın əməliyyatları üçün Azərbaycandan keçən marşrutun vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu gün Vaşinqton Əfqanıstanda əməliyyatların həyata keçirilməsi üçün Azərbaycandan keçən marşrutun genişləndirilməsinə ehtiyac duymur.



















Son şərhlər