ABŞ hərbçiləri kanalizasiyaları su basmış kiflənmiş binalarda yaşamalı olurlar.
Elchi.az xəbər verir ki, ABŞ-da minlərlə hərbi qulluqçu su basmış kanalizasiya və həşəratların olduğu çirkli, kiflənmiş kazarmalarda yaşamalı olur. Bu barədə Business Insider məlumat yayıb.
Media müəllifləri ABŞ hökumətinin hesabatına istinad edərək, Amerika kazarmalarının dəhşətli vəziyyətdə olduğunu bildirirlər. Xüsusilə, hər yerdə kif böyüyür, döşəmələr çirklidir, otaqlarda çoxlu sayda həşərat var, kanalizasiya sistemi aşıb.
“Business Insider” yazır ki, hərbi qulluqçuların belə şəraitdə olması onların psixoloji vəziyyətinə təsir edir və panik ataklara və ya narkotik istifadəsinə səbəb ola bilər ki, bu da öz növbəsində əsgərlərin döyüş effektivliyinə təsir göstərəcək.
Şayəstə Hüseynova