Kiyevə hərbi yardım Ağ Evdəki narahatlığı artırır.
ABŞ-da Ukraynaya ictimai dəstək azalır, Ağ Evdə isə narahatlıq dərinləşir.
Elchi.az xəbər verir ki, Simon Tisdall bu barədə Britaniyanın “The Guardian” nəşri üçün yazdığı məqalədə danışıb.
Vaşinqton onu da diqqətə çatdırır ki, ABŞ prezidenti Co Baydenin gələcək rəqibləri – Donald Tramp və Florida qubernatoru Ron DeSantisin Kiyevə dəstəyini davam etdirmək niyyətində deyillər.
Məqalədə qeyd olunur ki, Vaşinqtondan Ukraynaya silah tədarükünün sürəti avropalı tərəfdaşlara birbaşa təsir edir, onlar da Amerikanın ləngliyinə görə yardımlarını gecikdirirlər.
Eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Ceyms Holms bildirib ki, Ukrayna Qərbdən daha çox silah almaq üçün daim əks-hücum mövzusundan istifadə edir, lakin heç bir tədbir görmür.
Nuranə Məmmədova