Siçanlar üzərində aparılan yeni bir araşdırma, mentolun tənəffüs edilməsinin Alzheimer xəstələrinin koqnitiv qabiliyyətlərini yaxşılaşdıra biləcəyini ortaya qoyub. Tədqiqatlar göstərir ki, Alzheimer beyinə dəyən zərərin bir hissəsini dayandıra bilər.
Elchi.az xəbər verir ki, İspaniyadakı Tətbiqi Tibbi Araşdırmalar Mərkəzinin immunoloqu Xuan Xose Lasarte və həmkarları mentola məruz qalan siçanlarda interleykin-1-beta (IL-1β) zülalında azalma müşahidə ediblər.
Bu protein normal olaraq bədənin iltihab reaksiyasını tənzimləməyə kömək edir. Ancaq bu reaksiya nəzarətdən çıxdıqda zərər verə bilər.
Tədqiqatda müşahidə edilən IL-1b səviyyələrində azalma həm sağlam siçanlarda, həm də Alzheimer xəstəsi olan siçanlarda idrak qabiliyyətlərinin yaxşılaşması ilə əlaqələndirilib.
Tədqiqat qrupu, Alzheimer xəstəliyini geni dəyişdirilmiş siçanlara 6 ay müddətində mentollu inhalyasiya terapiyası tətbiq edib.
“Biz iybilmə sisteminin immun və mərkəzi sinir sistemindəki roluna diqqət yetirdik və mentolun heyvan modellərində immun stimullaşdırıcı bir qoxu olduğunu təsdiq etdik”,- Lasarte bildirib.
Lasarte, bu maddəyə 6 ay ərzində qısa müddətli məruz qalmanın Alzheimerli siçanlarda koqnitiv geriləmənin qarşısını aldığını və ən maraqlısı isə sağlam gənc siçanların idrak qabiliyyətini yaxşılaşdırdığını müşahidə etdiklərini bildirib.
“Frontiers in Immunology” elmi jurnalında dərc edilən araşdırma göstərir ki, Alzheimer və digər mərkəzi sinir sistemi xəstəliklərinin qarşısını almaq üçün iybilmə sisteminin stimullaşdırılmasına əsaslanan müalicələr hazırlana bilər.
Nuranə Məmmədova