"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Almaniyaya qarşı “soyqırım” etirazlarının səngiməsinin səbəbi

16 İyun 2016 - 09:21
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

Almaniyaya qarşı “soyqırım” etirazlarının səngiməsinin səbəbiMirmahmud Mirəlioğlu: “Susqunluqdan daha çox oxşama, uyğunlaşma var”; Fəzail Ağamalı: “Türkiyənin özü də məsələyə sanki dırnaqarası baxdı”

İyunun 2-də Almaniya Bundestaqında qondarma “erməni soyqırımı” haqqında qətnamənin qəbulu təkcə Türkiyəni yox, Azərbaycanı da ciddi narahat etdi. İctimaiyyət daxilində Almaniya qınaq obyektinə tuş gəldi, rəsmi Berlinin ünvanına sərt etirazlar müşahidə olundu. Amma bu etirazlar iki qardaş ölkədə qısa müddət çəkdi. 
Qətnamənin qəbul edildiyi ilk günlərdən Almaniyanın Azərbaycandakı səfirliyinin önündə aksiyalar təşkil olunacağı, nümayəndəliyə etiraz məktublarının təqdim ediləcəyi gözlənilirdi. Amma bunların da heç biri baş vermədi. İyunun 14-də Milli Məclisin növbədənkənar iclasında alman bundestaqının qərarı bir daha gündəmə gətirilib. Parlament partiyalarının birgə Almaniya səfirliyinə etiraz məktubunun göndərilməsi təklifi səslənib. Amma təklifin üzərindən sükutla keçilib.
 
KXCP sədri Mirmahmud Mirəlioğlu ictimaiyyət arasında qətnamə ilə bağlı ciddi etirazları müşahidə etmədiyini söylədi: “Başqa ölkələrdə belə məsələlərə necə münasibət varsa, bizdə də belə oldu. Amma fərqli münasibəti partiyamız göstərdi. KXCP Almaniya-Türkiyə münasibətlərini ortaya qoyaraq, verdiyi bəyanatda bildirdi ki, müttəfiqinə öz mövqeyini bildirmək üçün 101 il vaxt lazımdır. Hər kəs özünəməxsus etirazını bildirdi. Oturuşmuş cəmiyyət olduğumuzdan məsələyə ayıq şəkildə baxırıq. Aparılan siyasətə uyğun cəmiyyətin münasibəti görünür.
Qəzetlər, siyasi partiyalarda müəyyən senzuralar qoyulur. Bu baxımdan cəmiyyətin bu məsələdə susqunluğu görünə bilər. Biz Türkiyə və Almaniya səfirliyinə müvafiq məktublarımızı göndərdik. Amma təəssüflər olsun ki, alman səfirliyindən olan cavab daha dolğun və başadüşülən idi, nəinki Türkiyə səfirliyinin münasibəti. Şükürlər olsun ki, komsomol fikirli bu şəxsi dəyişdilər. Azərbaycanın Türkiyə hökumətinin atdığı addımlara uyğun hərəkət etdiyini unutmaq olmaz. Bakı, sadəcə, rəsmi Ankaranın münasibətindən çıxış edir. Burada susqunluqdan daha çox oxşama, uyğunlaşma var”.
İqtidaryönlü deputat Fəzail Ağamalı bildirdi ki, ölkə başçısının Almaniya səfərində Bundestaqla bağlı görüşlərin proqramdan çıxarılması Azərbaycanın etirazının ciddi forması idi: “Prezident səviyyəsində bu məsələyə ciddi etiraz da olunub. Parlamentin 14 iyun iclasında deputatlardan mən və Qənirə Paşayeva məsələyə öz münasibətimizi bildirdik. Dostluq qrupunun Almaniya Bundestaqına etiraz məktubu göndərməsini təklif etdik. Qətnamə qəbul edildikdən sonra Azərbaycan cəmiyyətində etiraz oldu, amma istənilən şəkildə yox. Fəallıq geniş miqyas almadı, səfirlik qarşısında etirazlar olmadı. Bunu təqdir etmirəm. ”Erməni soyqırımı”nın Almaniya və digər bu kimi ölkələr tərəfindən qəbul edilməsi haqsız yanaşmadır. Olmayan bir hadisənin gündəmə gətirilməsidir. Bu, sadəcə, Türkiyəyə qarşı bir təhdiddir. Qardaş ölkənin nüfuzunun güclənməsindən ciddi narahat olaraq, münasibətlərini bu cür ifadə edirlər. Bunun arxasında heç şübhəsiz ki, Türkiyənin zəiflədilməsi planları durur. Bu zəifləmə Azərbaycanın maraqlarına cavab vermir. Hər zaman Türkiyənin güclü olmasını arzu edirik. Çünki problemlərimizin həllində daim türk qardaşlarımız yanımızda olublar. Bu gün də Azərbaycan Türkiyənin yanındadır. Ölkə başçısı iştirak etdiyi bütün tədbirlərdə, yüksək səviyyəli görüşlərdə Türkiyənin dövlət maraqlarını Azərbaycan kimi önə çəkib. Bu, cənab prezidentin siyasətinin tərkib hissəsidir”.
 
Deputat cəmiyyətin “erməni soyqırımı” ilə bağlı passivliyinə təəssüfləndiyini dilə gətirdi: “Cəmiyyətin bütün təbəqələri bununla bağlı etirazlarını ifadə etməli idilər. Əslində Türkiyənin özündə də bunlar ciddi etirazlarla müşahidə olunmadı. Sanki Türkiyənin özü də bu məsələyə dırnaqarası baxdı. Bu qətnamənin Türkiyəyə zərbə vuracağını düşünmürəm. Amma fəallığımızı qoruyub saxlamalıyıq. Prezidentin Almaniya səfərinin etirazların səngiməsinə səbəb olduğunu düşünmürəm. Ölkə başçısı səviyyəsində etiraz varsa, bu, cəmiyyətə bir mesajdır. Bu etiraza uyğun ictimaiyyət hərəkət edə bilərdi. Əslində bəzi siyasətçilər bunu etdilər. Amma müxalifət burada səsini yüksəltmədi. Bu da təəssüf doğurdu”.
Previous Post

Almaniyaya qarşı “soyqırım” etirazlarının səngiməsinin səbəbi

Next Post

Ərəb ölkələrindən və MDB-dən Bakıya böyük axın – VİDEO

Bənzər yazılar

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

10 Sentyabr 2026 - 15:53

9 sentyabr tarixində Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb. Xarici...

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

10 Sentyabr 2026 - 15:44

Azərbaycanda ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılması təşviq ediləcək. Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

10 Sentyabr 2026 - 15:30

Sentyabrın 11-də Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə...

Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib

Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib

10 Sentyabr 2026 - 15:16

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv...

Next Post

Ərəb ölkələrindən və MDB-dən Bakıya böyük axın - VİDEO

Ərəb ölkələrindən və MDB-dən Bakıya böyük axın - VİDEO

Son xəbərlər

Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

10 Sentyabr 2026 - 17:04
Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq

Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq

10 Sentyabr 2026 - 16:55
Maliyyə Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi formalaşdırılıb

Maliyyə Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi formalaşdırılıb

10 Sentyabr 2026 - 16:48
Özgür Özəl Ərdoğana təzminat ödəyəcək

Özgür Özəl Ərdoğana təzminat ödəyəcək

10 Sentyabr 2026 - 16:34
OPEC: Azərbaycan nefti avqustda bahalaşıb

OPEC: Azərbaycan nefti avqustda bahalaşıb

10 Sentyabr 2026 - 16:26
Kanada ordusu yenidən təşkilatlanma həyata keçirir

Kanada ordusu yenidən təşkilatlanma həyata keçirir

10 Sentyabr 2026 - 16:18
Binəqədidə kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı

Binəqədidə kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı

10 Sentyabr 2026 - 16:07
Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00
XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

10 Sentyabr 2026 - 15:53
Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

10 Sentyabr 2026 - 15:44
Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

10 Sentyabr 2026 - 15:30
Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib

Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib

10 Sentyabr 2026 - 15:16
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

10 Sentyabr 2026 - 15:08
Aİ liderləri Kaya Kallasın gələcəyini müzakirə edəcəklər

Aİ liderləri Kaya Kallasın gələcəyini müzakirə edəcəklər

10 Sentyabr 2026 - 15:00
Ermənistan mallarına yeni güzəştlər olacaq

Ermənistan mallarına yeni güzəştlər olacaq

10 Sentyabr 2026 - 14:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.