"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Almaniyadakı diaspor rəhbəri dələduz çıxdı – Fotofakt

25 Yanvar 2017 - 16:57
in XƏBƏR LENTİ
FacebookVatsap

Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev dələduzluq yolu ilə vətəndaşın külli miqdarda pulunu ələ keçirib.

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Bu barədə Axar.az-a müraciət edən Oğuz rayon sakini Əliyev İntiqam Həsən oğlu hazırda Almaniyanın Köln şəhərində yaşayan R.Quliyevin ondan 13.550 dollar aldığını deyib:

“Mənim oğlum Əliyev Rantik 3 il əvvəl Almaniyaya getmişdi. Nürnberq şəhərində yaşayırdı. Oğlum nevroloji xəstə olduğuna görə orada müalicə alırdı, dövlət də dəstək verirdi. Lakin bir müddətdən sonra alman hökuməti oğlumu heç bir səbəb göstərmədən deportasiya etdi.

Rantik ölkəyə gəldikdən bir müddət sonra yenidən Almaniyaya getmək istədi. Ancaq Avropadan deportasiya olduğu üçün heç bir ölkə viza vermirdi.

Biz ötən ilin avqustunda Bakıda turizm şirkətlərindən birində çalışan Nərminə adlı xanıma müraciət etdik. O isə bu məsələdə Almaniyada yaşayan, diaspor fəaliyyəti ilə məşğul olan Rəşad Quliyevin bizə yardım edəcəyini dedi. Bildirdi ki, R.Quliyev bu işlərlə məşğul olur. Rəşad Quliyev ilə telefon vasitəsilə tanış olduq. O, oğlumun Almaniyada problemsiz qalacağına söz verdi və bu işin 24 min avroya başa gələcəyini dedi. Pulun yarısını indi, yarısını isə iş düzələndən sonra verməli idik.

Rəşad bizə dedi ki, ona vizanı alacaq, daha sonra Rantik orada Almaniya vətəndaşı olan bir qadınla saxta nikaha daxil olacaq və bu ölkənin vətəndaşına çevriləcək.

Oğlumun müalicə olunması naminə bu işə qol qoydum – 7550 və 6000 dollar olmaqla pulu 1 gün fərqlə Rəşad Quliyevin istəyinə uyğun olaraq onun Bakıda yaşayan anası Dünyaxanım Məhərrəmovanın adına açılmış bank hesabına köçürdüm”.

Şikayətçinin sözlərinə görə, bütün problemlər pulun köçürülməsindən sonra başlayıb:

“Rəşad Quliev vəd etdiyinin əksinə olaraq, vizanı ala bilmədi və yaxud buna cəhd etmədi. Məsələ aylarla uzanandan sonra bu işin qurma olduğunu, bizə kələk gəlindiyini anladıq və pulumu geri istədim. Rəşad Quliyev isə heç bir halda pulu qaytarmayacağını dedi və artıq xeyli müddətdir telefon zənglərimizə cavab vermir”.

İntiqam Əliyevin sözlərinə görə, Rəşad Quliyevlə əlaqə yaradan vasitəçi, AB Tour turizm şirkətinin əməkdaşı Nərminə Dadaşovaya təkrar müraciət edəndə o bildirib ki, R.Quliyev daha bir nəfəri aldadıb:

“Nərminə Dadaşova Rəşad Quliyevin dələduzluq etdiyini, hamını aldatdığını bildirdi və aldadılan digər şəxslə bizi tanış etdi. Biz birlikdə R.Quliyevin anasının evinə getdik. Orda pulumuzu tələb edəndən sonra R.Quliyev N.Dadaşova ilə əlaqə saxlayaraq, pulumuzun qaytarılacağına söz verdi. Ancaq aradan bir neçə gün keçəndən sonra məlum oldu ki, R.Quliyevin anası Dünyaxanım Məhərrəmova Bakıdakı evini satışa çıxarıb. O, evini tez-tələsik satıb, Almaniyaya qaçmaq istəyir”.

İ.Əliyev bu dələduzluq əməli ilə bağlı artıq vəkil tutduğunu da bildirdi:

“O məbləği düzəltmək üçün evimi banka girov qoyub, pul götürmüşdüm. İndi bank evimi də əlimdən alır. Artıq vəkillə müqavilə bağlamışam. Hüquqlarımı tanınmış vəkil Fərhad Mehdiyev müdafiə edəcək”.

İ.Əliyevin sözlərinə görə, R.Quliyev Almaniyada oturum izni alıb və buna görə də hüquq-mühafizə oprqanlarının ona heç nə edə bilməyəcəyini bildirir:

“Buna görə də hadisə barədə Daxili İşlər Nazirliyi ilə bərabər, Almaniyanın Azərbaycandakı səfirliyinə də müraciət göndərmişəm. Bu şəxs Avropada yaşamaq və işləmək adı ilə mənim kimi xeyli adamı aldadıb”.

Mövzunu diqqətdə saxlayacağıq.

 

Previous Post

Almaniyadakı diaspor rəhbəri dələduz çıxdı – Fotofakt

Next Post

`Trampın mövqeyini dəstəkləyirik`- Lavrov

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

`Trampın mövqeyini dəstəkləyirik`- Lavrov

`Trampın mövqeyini dəstəkləyirik`- Lavrov

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.