Almaniyada "Rus evi"nin bağlanması və daha çox rusiyalı diplomatın ölkədən çıxarılması təklif edilib

🗓 03.06.2025 15:20 ✍️ "Elçi" qəzeti
Almaniyada "Rus evi"nin bağlanması və daha çox rusiyalı diplomatın ölkədən çıxarılması təklif edilib

Berlindəki "Rus evi və Almaniyadakı Rusiyanın diplomatik və mədəni fəaliyyəti ilə bağlı digər obyektlər bağlanmalıdır.

Elchi.az - ın məlumatına görə, bu barədə "Handelsblatt" qəzeti Almaniyanın Xristian-Demokratik İttifaqından (XDİ) olan parlament üzvü Roderix Kizevetterin sözlərinə istinadən yazır.

O, həmçinin Moskva tərəfindən kiber hücumların və təxribat aktlarının artması fonunda ölkədən daha çox sayda Rusiya diplomatının çıxarılmasının zəruri olduğunu bildirib.

"Biz qalan bütün agentləri və diplomatları ölkədən çıxarmalıyıq", - deyə o qeyd edib.

Bənzər yazılar