"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Almaniyada mühacirətdə olan hüquqşünas soydaşlarımıza çağırış etdi…

04 Oktyabr 2015 - 16:38
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

37804 (1)Almaniyada mühacirətdə olan tanınmış hüquqşünas Əlövsət Əliyev Avropanın bu nəhəng ölkəsinə miqrant axınının nəticələri barədə təhlili yazısınıModerator.azoxucularına təqdim edib:

“Almaniyanın açıq qapı siyasəti özünü dogruldacaqmı?
İndi Alman KİV-lərində daha çox müzakirə olunan bu məsələdir. Baş verənlərin həm də Azərbaycan Respublikası vətəndaşlarına təsirsiz ötüşməyəcəyini nəzərə alaraq bəzi məqamlara diqqət ayırmaq istədim.
2015-ci ildə Avropada məskunlaşmış qaçqınların böyük əksəriyyəti Surayadan olan müsəlmanlardır. Əvvəlcədən planlaşdırılmayan bu “çagrılmayan qonaqların”  sayı durmadan artmaqda davam edir.
Hazırda Avropa İttifaqında, xusüsilə Almaniyada, miqrasiya siyasətini müəyyən edənlərin qarşısında təcili həllini gözləyən çoxlu suallar var. Almaniya mətbuatı da hər gün bu problemlər haqqında coxlu təhlillər aparır və az qala hər kəs aşağıdakı suallara cavab axtarmaqdadır:
1. Ölkə bu qədər sığınacaq axtaran şəxsi qəbul etməyə, yerləşdirməyə, müraciətlərinə qanuna uyğun olaraq baxmağa, onların insan hüquq və azadlıqlarının təmin etməyə hazırdırmı?
2. Müxtəlif mədəniyyətlərə və adətlərə malik olan miqrantların arasında və ya onlarla yerli sakinlər arasında konfliktsiz ötüşmək üçün nələr olunmalıdır?
3. Qaçqın statusu verilən şəxslər Almaniyanın inkişafına necə xidmət edə bilər?
4. Almaniyada qaçqınların kütləvi qəbuluna şərait yaradan hüquqi baza mövcuddurmu?
5. Kütləvi qaçqın axınından cinayətkar qrupların üzvlərinin faydalanmasının qarşısı necə alınmalıdır?
6. Almaniya qaçqınların yerləşdirilməsi, müraciətlərinə baxılması, ehtiyaclarının təmin olunması, tibbi yardım, təhsil proqramlarına cəlb kimi hallar üçün maliyyə ayırmağa hazırdırmı? Və ya maliyyə hardan əldə edəcək?
Almaniyada yerli hakimiyyət təmsilçiləri müxtəlif formalarda Angela Merkeli tənqid etməkdə davam edir və yerli hakimiyyətlərlə məsləhətləşmədən Almaniyada sığınacaq axtaranlara münasibətdə  „Açıq qapı siyasəti“nin elan olunması ilə razı olmadıqlarını bildirirlər. Almaniya torpaqlarının əksəriyyətinin Daxili İşlər Nazirləri hazırda Almaniyada olan qaçqınları məskunlaşdırmadan yeni qaçqınların qəbul olmasının cətin olmasını elan edirlər.
Almaniyanın Maliyyə Naziri Volfgang Şoyble hökümətin ilk olaraq qaçqın probleminin həllinə, onların yerləşməsinə 6 millyard avro ayırdığını elan etdi.
Almaniyanın Daxili İşlər Naziri Tomas de Mezer isə 13 sentyabr tarixdə müvəqqəti olaraq sərhəd nəzarətinin bərpa olunduğunu elan etdi. O eyni zamanda hər bir Avropa ölkəsinin qaçqınlarla bağlı kvota müəyyən etməsini, kvotadan çox olan miqrantların ölkədən çıxarılmasını tövsiyyə etdi.
Bir müddət əvvəl Avropa Komissiyasının rəhbəri Jan-Kold Jynker Avropa Parlamentinin sessiyasında bildirdi ki, qaçqınların sayını göstərən rəqəmlər qorxulu olsa da qorxmaq lazım deyil. O, Avropa Komissiyasında bu problemin bir daha müzakirə ediləcəyini elan etdi və hazırda Yunanıstanda 200 min, Macarıstanda 150 min, İtaliyada 120 min qaçqın məskunlaşdıöını bildirdi. Bu gün Avropa ölkələri qaçqınların qəbul olunmasında həmrəylik nümayiş etdirməlidirlər. O eyni zamanda tövsiyyə etdi ki, sığınacaq axtaranların məskunlaşdığı Avropa ölkələri  müraciətinə baxılma müddətində onlara işləmək hüququ verməlidir. Junker eyni zamanda Avropa İttifaqı sərhədlərinin daha ciddi qorunması üçün xüsusi Fondun təsis edilməsini, qaçqınların qəbulu üçün konkret buraxılış məntəqələrinin müəyyən edilməsini tövsiyyə etdi.
Avropa ölkələrinin əksəriyyəti qaçqınları qəbul etməkdən imtina etsələr də Almaniya qaçqınların qəbul edilməsi və məskunlaşması prosesini uğurla davam etdirir.
Böyük Britaniyanın Baş Naziri yaxın 5 il ərzində yalnız 20 min qaçqın qəbul edə biləcəyini elan edib. Bu Almaniyanın bir ildə qəbul edəcəyi qaçqınların sayından 200 dəfə azdır.
Almaniyada müstəqil fəaliyyət göstərən ekspertlər hesab edirlər ki, Avropa İttifaqına üzv olan ölkələr BMT və qaçqın problemini həll etməklə məşğul olan digər maraqlı təşkilatlar bu problemin həllini qaçqınların Avropada məskunlaşmasında deyil, münaqişə ocaqlarının qonşuluğunda yerləşən ölkələrdə məskunlaşdırmaqla  həll etməsi daha ədalətli olar. Məsələn, Əfqanıstandan və Suriyadan olan qaçqınların Türkiyə, İordaniya və ya İraqın münaqişəsiz ərazilərdə məskunlaşdırmasına maliyyə dəstəyi vermək daha məqsədə uyğun olardı. Onlar hesab edirlər ki, ölkələrindəki problemlər həll olunandan sonra sığınacaq axtaran şəxslərin  vətənlərinə qaytarılmaları da daha asan olar. Narahatlıq kecirənlər hesab edirlər ki, bu il Almaniya 1,5 milyon qaçqın qəbul edəcəksə, növbəti ilə bu istəkdə olanların sayı 5 milyon da ola bilər. Bu isə real deyil və mümkün də deyil.
Hüquqşünaslar isə israrla tələb edirlər ki,  qaçqın statusu bütün arzu edənlərə deyil, 1951-ci il Konvensiyasının müəyyən etdiyi qaydalara və prinsiplərə uyğun verilməlidir.
Hazırda Almaniyada məskunlaşan şəxslərin əksəriyyətinin müsəlman olması da bəzi siyasətciləri və mətbuat orqanlarını, xüsusilə rusdilli mətbuatı ciddi narahat etməkdədir. Rusdilli mətbuat Avropada belə davam edərsə, müəyyən müddətdən sonara Avropada müsəlmanların sayının təhlükəli həddə çatacagını narahatlıq kimi diqqətdə saxlamağa və bu yolla  Almaniyanın  mövcud miqrasiya siyasətinə təsir göstərməyə çalışırlar.
Son illər Azərbaycandan da Almaniya təhsil proqramları ilə yanaşı sığınacaq axtaran şəxs kimi  gələnlərin sayı artmaqda davam edir. Bunların əksəriyyəti əhalinin kasıb təbəqəsini təşkil etsə də, onların aralarında hər gün Avropa dəyərlərini aşağılayan məmurlar və ya onların yaxınları da az deyil.
2015-ci ildə Suriya və Əfqanıstandan gələnlərin sayının artması digər sıgınacaq axtaran şəxslərin müraciətlərinə baxılma müddətinin uzadılmasına da səbəb olub.
Almaniyada bəzi səlahiyyətlilər eyni zamanda Azərbaycan kimi ölkələrin vətəndaşlarına da qacqın statusu verilməsinin əleyhinə fikirlər səsləndirir, həmin ölkələrdən gələnlərin əksəriyyətinin problem olmadığını və ya saxta sübutlarla gəlmələrini bildirirlər.
Sonda bildirmək istəyirəm ki, Alımaniya immiqrasiya ölkəsi deyil. Həqiqi problem olmayanların, saxta subutlar təqdim edənlərin, başqa ad və ya soyadla təqdim olunanların Almaniyaya gəlişi bir müddətdən sonra Azərbaycana dönüşü ilə nəticələnəcək. Bu isə təbii ki, cox qiymətli olan insan ömrünün müəyyən hissəsinin  itirilməsindən başqa bir şey deyil. Odur ki, əvvəl düşünün, sonra isə daşının əziz dostlar!”
Previous Post

Almaniyada mühacirətdə olan hüquqşünas soydaşlarımıza çağırış etdi…

Next Post

“Yaralı PKK-çılar Rusiyada müalicə olunur” – Millət vəkili

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

"Yaralı PKK-çılar Rusiyada müalicə olunur" - Millət vəkili

"Yaralı PKK-çılar Rusiyada müalicə olunur" - Millət vəkili

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.