Almaniyanın daxili işlər naziri Nensi Fazer Almaniya Federativ Respublikasını tanımayan və özlərini “İmperator Vətəndaşları” (Reyxsbürger) kimi tanıdanların sayının 23 minə yüksəldiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Faeser “Bild am Sonntag” qəzetinə deyib ki, “İmperator vətəndaşlarının” sayı sürətlə artmaqdadır.
2022-ci ildə “İmperator Vətəndaşlar”ın sayının əvvəlki ilə nisbətən 2 min artaraq 23 minə çatdığı məlumatını paylaşan Faeser, onların yüzdə 10-unun şiddət tərəfdarı olduğunu ifadə etdi.
Bu birləşmənin tərəfdarlarının qəti şəkildə tərksilah edilməli olduğunu vurğulayan Faeser, yaxın vaxtlarda silah qanununun sərtləşdiriləcəyini qeyd edib.
Şayəstə