Almaniyada ekoloqlar hökumətin ətraf mühit və iqlim siyasətinə etiraz olaraq Münhen hava limanının uçuş zolağında oturaq aksiya keçiriblər.
Elchi.az xəbər verir ki, bu barədə “Son Nəsil” (Letzte Generation) qrupunun Twitter-də yayımladığı fotolarda məftil çəpərləri kəsərək şimal eniş zolağına çatan fəalların əllərini yerə basaraq oturaq aksiya keçirdikləri görünür.
Təxminən bir saat davam edən aksiyadan sonra polis fəalları şəxsiyyətlərinin müəyyən edilməsi üçün polis bölməsinə aparıb.
Aksiya ilə əlaqədar olaraq hava limanının iki uçuş-enmə zolağı olan şimal eniş-enmə zolağı müvəqqəti olaraq bağlanıb. Təyyarələr cənub eniş zolağına yönəldilib.
Etirazçıların Berlin hava limanına da daxil olduqları, lakin hərəkətə keçmədən polis tərəfindən maneə törədildiyi öyrənilib.
Şayəstə