Almaniyada agent xaosu, bomba və sui-qəsd həyəcanı!

🗓 26.04.2024 10:47 ✍️ "Elçi" qəzeti
Almaniyada agent xaosu, bomba və sui-qəsd həyəcanı!
Elchi.az xəbər verir ki, Almaniya son kəşfiyyat hadisələri ilə sarsılır. Çin ölkədən texnologiya qaçırmağa çalışarkən, Rusiya təxribat və sui-qəsd planları hazırlayır. Haber Global Web Özəl-ə danışan təqaüdçü alman kəşfiyyatçısının sözlərinə görə, Rusiya və Çin əməliyyat mərkəzlərini Berlinə köçürüb. Almaniya son kəşfiyyat hadisələri ilə sarsılır. Çin ölkədən texnologiya qaçırmağa çalışarkən, Rusiya təxribat və sui-qəsd planları hazırlayır. Haber Global Web Özəl-ə danışan təqaüdçü alman kəşfiyyatçısının sözlərinə görə, Rusiya və Çin əməliyyat mərkəzlərini Berlinə köçürüb. ÇİNƏ TEXNOLOGİYA SATDILAR Rəsmi orqanlar ötən bazar ertəsi Almaniyanın Frankfurt şəhərinin Bad Homburq qəsəbəsində üç Almaniya vətəndaşının casusluq etdikləri üçün həbs edildiyini açıqlayıb. Həbs edilən şəxslərin ölkənin hərbi texnologiyalarını Çinə satdıqları iddia edilir. Şübhəlilərin 2022-ci ilin iyun ayından Çin kəşfiyyatı üçün çalışdıqları da məlum olub. Şübhəlilərin bir tərəfdən Almaniyada istehsal edilən üstün texnoloji bilikləri, digər tərəfdən ölkədə qabaqcıl texnologiyaya sahib xüsusi lazer sistemini Çinə satdıqları bildirilərkən, adı çəkilən şəxsin də Çinə satdığı ifadə edildi. Alman prokurorluq orqanları tərəfindən Tomas R. casus hüceyrəsinin lideri idi. Şayəstə Hüseynova

Bənzər yazılar