“Elchi.az rus saytlarına istinadən xəbər verir ki, Almaniya Ukraynaya yeni texnika partiyası, xüsusən də altı Biber tank körpüsü və səkkiz “Zetros” yük maşını təqdim edib”.
Syahıya Berlinin Kiyevə təhvil verdiyi və ya vermək niyyətində olduğu hərbi texnika daxildir. Qeyd olunur ki, Almaniya artıq Ukraynaya 3 Biber və 20 Zetro göndərib. Bundan əlavə, siyahıya 20 min ilk yardım dəsti və on qış kamuflyaj torları daxildir.
1 yanvar 2022-ci il və 20 fevral 2023-cü il tarixləri arasında Berlin 2,5 milyard avrodan çox dəyərində hərbi məhsulların ixracı üçün ayrıca icazələr verib.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevə hərbi yardımın olmaması ilə bağlı sözlərinə münasibət bildirib.O, Ukrayna liderinin bəyanatını gülünc adlandırıb və hesab edib ki, “Almaniyanın müdaxiləsinin miqyası barədə inildəməyin mənası yoxdur”.
Havar Şəfiyeva