Almaniya hakimiyyəti 2024-cü ildə Ukraynaya dəstək üçün 8 milyard avro ayırmaq niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə “Bild” qəzeti mənbəyə istinadən yazır.
Mənbə izah edib ki, Berlin gələn il Kiyevə 4 milyard avro göndərmək niyyətindədir. ABŞ-ın yardımının azalması fonunda yardımın həcmini iki dəfə artıraraq 8 milyard avroya çatdırmaq qərara alınıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, Almaniya Müdafiə Nazirliyində yardımın ikiqat artırılması məsələsi qaldırılıb.
Onun sözlərinə görə, məbləğin artırılması ilə bağlı yekun qərar gələn həftə büdcə komitəsinin iclasında veriləcək.
Nuranə Məmmədova