Almaniya kansleri Olaf Şolz vəd edib ki, Berlin Kiyevə adi büdcədən lazım olduğu müddətdə pul ayıracaq. Elchi.az bu barədə “TASS”a istinadən xəbər verir.
Biz planlaşdırıldığı kimi və hər şeydən əvvəl lazım olduğu müddətdə Ukraynaya adi büdcədən dəstəyi koordinasiya edəcəyik”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, bura silah tədarükü üçün 8 milyard avro, birbaşa və ya Avropa İttifaqı vasitəsilə Ukrayna büdcəsinə maliyyə yardımı və gözlənildiyi kimi, Almaniyadakı ukraynalı qaçqınlara dəstək üçün 6 milyard avrodan çox vəsait daxildir. Eyni zamanda o bəyan edib ki, cəbhədə vəziyyət pisləşərsə, bəzi siyasətçilər Ukraynaya kömək etməkdən imtina edərlərsə, Almaniya hakimiyyəti reaksiya verməli olacaq.
Şolz həmçinin etiraf edib ki, ölkə hökuməti Almaniyanın Əsas Qanununa uyğun olaraq Bundestaqdan əlavə vəsait istəyəcək.
Havar Şəfiyeva



















Son şərhlər