Almaniya Ukraynaya ikinci “IRIS-T” hava hücumundan müdafiə sistemini təhvil verib

86

Almaniya Ukraynaya ikinci “IRIS-T SLM” hava hücumundan müdafiə sistemi və raketlərini təhvil verib.   

Elchi.az xəbər verir ki,Baş nazirliyin rəsmi saytında yer alan məlumata görə, Ukraynaya vəd edilən yeni hərbi yardım paketi çərçivəsində ikinci “İRİS-T SLM” hava hücumundan müdafiə sistemi və sursat çatdırılıb.

Almaniya aprelin 18-də Ukraynaya ilk “İRİS-T” müdafiə sistemini təhvil verib.
Digər tərəfdən Almaniya Ukraynaya daha 8 Mercedes-Benz Zetros yük maşını tədarük edib. Yük maşınlarından başqa 2 ədəd 8×6 yükdaşıma maşını da sözügedən ölkəyə çatıb.
Almaniya hökuməti aprelin 18-də “Patriot” hava hücumundan müdafiə sistemi və raketlərin də Ukraynaya gətirildiyini açıqlayıb.

Nuranə Məmmədova