Almaniya hələ də Berlinin “Taurus” uzaqmənzilli raketlərini Kiyevə ötürməyə hazır deyil.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.
O, həmçinin əlavə edib ki, Almaniyanın bu məsələdə mövqeyi dəyişməyib.
“İndiyə qədər hava hücumundan müdafiəyə gəldikdə, biz artıq mümkün olan hər şeyi çatdırmışıq,-deyə Hebestreyt bildirib.
Qeyd edək ki, Ukrayna dəfələrlə Almaniyadan uzaqmənzilli “Taurus” raketlərini tədarük etməyi xahiş edib, lakin Berlin münaqişənin gərginləşməsindən ehtiyat edərək indiyədək bu sursatları verməkdən imtina edib.
Bir gün əvvəl Berlin Kiyev üçün “Leopard 2A6”, 10 “Marder” piyada döyüş maşını, həmçinin “Skynex” özüyeriyən zenit silahı üçün sursatdan ibarət yeni hərbi yardım paketini elan etdi. Lakin orada hələ də “Taurus” raketləri yoxdur.
Yeganə