Almaniyanın hərbi-sənaye konserni Rheinmetall Ukrayna üçün Belçikadan 50 Leopard 1 tankı alıb. Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Handelsblatt” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, avadanlıq konsernin Düsseldorfdakı müəssisələrində yenidən təchiz olunacaq, sonra isə Ukraynaya göndəriləcək. Lakin Belçikanın “OIP Land Systems” şirkətindən alınmış 50 avtomobildən yalnız 30-a yaxın texnika Ukrayna tərəfinə göndərilə bilər.
Qeyd edək ki, əvvəlcə Alman konserni İsveçrənin Ruag müdafiə şirkətindən tanklar almaq istəyirdi. lakin İsveçrə neytrallıq qanununa görə ixrac icazəsi verməyib.
Havar Şəfiyeva