Almaniya hakimiyyəti Rusiya tərəfinin Şimal axınının araşdırılması ilə bağlı çoxsaylı müraciətlərinə məhəl qoymur. Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın Berlindəki səfiri Sergey Neçayev RİA Novosti agentliyinə müsahibəsində bildirib.
“Almaniya rəsmiləri hələ də öz araşdırmalarının təfərrüatlarını bizə bildirməyi zəruri hesab etmirlər” – deyən o, obyektivliyi və qərəzsizliyi ilə bağlı suallar doğurduğunu qeyd edib.
Qeyd edək ki, dekabrın 20-də Almaniya Ədliyyə Nazirliyinin parlament dövlət katibi Benjamin Ştrasser istintaqın gedişi ilə bağlı hər hansı məlumat verməkdən imtina edib.
Havar Şəfiyeva