Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Almaniya Rusiyadan tədarük olunan qazın hər kubmetrinə görə üçqat qiymət ödəyib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.
Berlində keçirdiyi mətbuat konfransında o, təhlükəsizliyi gücləndirmək üçün alman cəmiyyətinin azadlığına və daxili zəifliyinə qarşı xarici təhdidlər qarşısında toplaşmalı olduğunu söyləyib. Məhz bu səbəbdən, Almaniya Rusiyadan enerji resurslarından asılılığa son qoymaq qərarına gəlib:
“Biz Rusiyadan gələn hər kubmetr qazın qiymətini milli təhlükəsizlik hesabına ikiqat üçqat ödəmişik”, – deyə Berbok qeyd edib.
O, söz verib ki, bundan sonra iqtisadiyyat sahəsində qərarlar qəbul edilərkən təhlükəsizlik məsələlərinə daha çox diqqət yetiriləcək. Bu, dərmanların, xammalların, eləcə də enerji resurslarının alınmasına aiddir.
Yeganə