Rəsmi Berlin Rusiya diplomatlarının Almaniyadan kütləvi şəkildə çıxarılması ilə bağlı qərar qəbul edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya diplomatların Berlindən kütləvi şəkildə qovulmasına qarşılıqlı cavab veriləcək. Almaniya öhdəliklərini pozub. Onlar Rusiya-Almaniya münasibətlərini məhv etmək siyasəti yürüdürlər”, – məlumatda bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Rusiyanın Zvezda telekanalına açıqlamasında Rusiyadan deportasiya edilən alman diplomatların sayının 20-dən çox olduğunu bildirib.
Nuranə Məmmədova