"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Almaniya “qorxub”, ABŞ hirslənib, Fransa isə “müharibə”dən danışır

08 Fevral 2015 - 18:13
in DÜNYA
FacebookVatsap

Münhendə keçirilən təhlükəsizlik konfransında Avropa və ABŞ Putini cilovlamaq məsələsində çəp gəldilər.

munhen_abs_almanAlmaniya kansleri Angela Merkel şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib ki, Ukraynaya döyüş silahlarının verilməsinin oradakı böhranın çözülməsinə kömək etməyəcəyini düşünür.

Bunu da oxuyun

Arıqlama dərmanları restoranlara da təsir edir

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Onun bu mövqeyi ABŞ nümayəndəsi tərəfindən hiddətlə qarşılanıb. O bildirib ki, Almaniya müttəfiqlərinin narahatlıqlarına arxa çevirir.

Reuters agentliyi yazır ki, konfransda iki ölkənin nümayəndələri arasında açıq və qızğın mübahisə prezident Putinə müqavimət göstərilməsi məsələsində transatlantika ittifaqının zəifliyini nümayiş etdirib.

Almaniya kansleri cümə günü gecə Kremldə aparılmış Almaniya-Fransa-Rusiya danışıqlarının fayda verəcəyinə şübhə ilə yanaşdığını etiraf edib.

Bununla belə o, ABŞ-ın Ukraynaya döyüş silahları göndərməsi ideyasına qarşı çıxdığını da gizlətməyib.

Angela Merkel deyib ki, o hətta daha yaxşı silahlanmış Ukraynanın Rusiyanın öhdəsindən gələ biləcəyinə inanmır.

“Rənginiz göyərənədək Moskvaya gedə bilərsiniz…”

Lakin ABŞ-ın “qırğı”larından biri kimi tanınan respublikaçı senator Lyndsey Graham xanım Merkelə Ukraynada sülh səylərinə görə təşəkkürünü bildirməklə yanaşı, onu “qəflət yuxusundan oyanıb reallığı görməyə” çağırıb.

O deyib ki, Moskva ilə danışıqlar nəticə vermir və verməyəcək:

“Siz rənginiz göyərənədək Moskvaya gedib gələ bilərsiniz…” – deyib Graham.

O deyib ki, Merkel Kiyevə silah verilməsi ideyasını rədd etməklə çarpışan demokratiyaya arxa çevirmiş olub.

“Siz hazırda məhz bu işlə məşğulsunuz” – deyib senator.

Yeri gəmişkən Ukrayna mediası Almaniyanı Rusiyadan “qorxmaqda” ittiham edir.

Lavrov: “Saakaşvilinin taleyini yada salın”

Münhen konfransında olan Rusiya xarici işlər naziri Sergei Lavrov Avropa və ABŞ-ı Ukraynada Yanukovych-i devirməklə dövlət çevrilişi etməkdə ittiham edib.

O deyib ki, Qərb Kiyevin Ukraynanın şərqində etnik təmizləmə aparmasına göz yumur.

Sergei Lavrov konfransdan sonra keçirilən mətbuatla görüşdə daha sərt danışıb.

O hazırda heç bir siyasi analiz aparmadan Ukraynanı dəstəkləyənlərə “Gürcüstanın və Saakaşvilinin taleyini yada salmağı” məsləhət görüb.

Bununla belə, o qeyd edib ki, Fransa prezidenti Hollande və Almaniya kansleri Merkelin Vladimir Putinlə danışıqları müəyyən ümidlər verir.

Hollande: “Bunun adı müharibədir”

Moskvadan alınan xəbərlərdə deyilir ki, bəzi məlumatlara görə Fransa və Almaniya Ukraynada hökumət qoşunları ilə separatçılar arasındakı təmas xəttinin 59- 0 kilometrlik qurşağa çevrilməsinə dair Rusiyanın təklifi ilə razılaşıblar.

Bu isə, təhlilçilərin fikrincə, Ukrayna münaqişəsinin də Rusiyanın arxasında durduğu başqa separatçı münaqişələrdən birinə çevrilməsinə və uzun müddətə dondurulmasına razılaşmaq deməkdir.

Hollande da cümə gecəsi Moskvada apardığı danışıqların “ucundan-qulağından” məlumat verib.

O mərkəzi Fransadakı Tul şəhərində çıxış edərkən deyib ki, Kremldə keçirilən danışıqlar tammiqyaslı müharibənin qarşısını almaq üçün son şans idi.

“Əgər biz təkcə kompromis yox, uzunmüddətli sülh sazişi əldə edə bilməsək, ssenarinin necə ola bilcəyini tam dəqiqliyi ilə bilirik. Bunun öz adı var. Və bu ad “müharibədir” – deyib Hollande.

Hollande deyib ki, Ukrayna separatçılarına xeyli geniş muxtariyyət verilməlidir.

“Kiyevlə döyüşən insanları onun hakimiyyəti altında yaşamağa məcbur etmək çətin olacaq” – deyib prezident.

London niyə susur?

Bu arada Britaniyada baş nazir David Cameron Fransa prezidenti Hollande və Almaniya kansleri Merkellə Putin arasındakı prosesdən kənarda qaldığına görə tənqid edilib.

Britaniyanın xarici işlər naziri Philip Hammond bu mülahizələri “gülünc” adlandırıb və deyib ki, bu prosesə ABŞ-da qatılmayıb, lakin bu o demək deyildir ki, Paris və Berlin özbaşına hərəkət edirlər.

Cənab Hammond izah edib ki, Ukraynaya dair danışıqların Fransa-Almaniya-Rusiya-Ukrayna formatında keçirilməsi barədə razılaşma var və Londonla Vaşinqton bu razılaşmanın üzvüdürlər.

Bundan əvvəl Britaniyanın NATO-dakı ən vəzifəli generalı Richard Shirreff baş nazir Cameron-u fəaliyyətsizlikdə günahlandırmışdı.

Britaniyanın xarici işlər naziri generalı bu məsələyə kənardan müdaxiə etməməyə çağırıb.

Previous Post

Almaniya “qorxub”, ABŞ hirslənib, Fransa isə “müharibə”dən danışır

Next Post

Ramana torpaqlarını hansı məmur ələ keçirib?

Bənzər yazılar

Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33

Şotlandiyada aparılan bir araşdırmaya görə, restoran və otellər də daxil olmaqla müəssisələrin 16%-i hesab edir ki, arıqlama dərmanlarının istifadəsindəki artım...

Lerikdə 15 kq narkotik aşkarlanıb

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

21 Sentyabr 2026 - 11:21

Stenford Universitetinin alimləri tərəfindən aparılan tədqiqat insan beyninin inkişafı ilə bağlı əhəmiyyətli bir faktı üzə çıxarıb. Tədqiqatçılar müəyyən ediblər ki,...

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

21 Sentyabr 2026 - 10:57

Şri-Lankanın şimalında qəbiristanlığın genişləndirilməsi zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıqda 572 nəfərə aid insan qalıqları müəyyən edilib. Bölgədə onilliklər boyu...

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

21 Sentyabr 2026 - 10:48

Şərq sahillərinə doğru irəliləyən güclü tayfun Yaponiyada nəqliyyatın işində fasilələrə səbəb olub və çoxsaylı turistik məkanların bağlanmasına gətirib çıxarıb. Elchi.az...

Next Post

Ramana torpaqlarını hansı məmur ələ keçirib?

Ramana torpaqlarını hansı məmur ələ keçirib?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar

21 Sentyabr 2026 - 15:42
Silahın səsindən xeyirxahlığın  səsinə uzanan bir ömür

Silahın səsindən xeyirxahlığın səsinə uzanan bir ömür

21 Sentyabr 2026 - 13:13
Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

21 Sentyabr 2026 - 12:28
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar sabah tam ödəniləcək

21 Sentyabr 2026 - 12:20
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq

21 Sentyabr 2026 - 12:17
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etdi

21 Sentyabr 2026 - 11:59
Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

21 Sentyabr 2026 - 11:47
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41
Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33
Lerikdə 15 kq narkotik aşkarlanıb

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

21 Sentyabr 2026 - 11:21
Lerikdə 15 kq narkotik aşkarlanıb

Lerikdə 15 kq narkotik aşkarlanıb

21 Sentyabr 2026 - 11:14
Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

Yuxunun keyfiyyəti, yoxsa müddəti daha vacibdir?

21 Sentyabr 2026 - 11:07
Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

21 Sentyabr 2026 - 10:57
Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

21 Sentyabr 2026 - 10:48
Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.