Almaniya hökuməti bu il qaçqınların saxlanması üçün bölgələrə əlavə bir milyard avro ayıracaq. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal hökumət və torpaqlar arasında qaçqınlar məsələləri üzrə məsləhətləşmələrin yekunu üzrə qərarda deyilir.
Bu məsələ ilə bağlı Almaniya kansleri Olaf Şolz çərşənbə günü federal əyalətlərin hökumət başçıları ilə görüş keçirib. Görüş bir neçə saat davam edib. Müzakirələrdən sonra keçirilən mətbuat konfransında Şolz qeyd etdiyi kimi, debatlar konstruktiv keçib və müəyyən razılaşmalar əldə olunub.
Kansler qeyd edib ki, sığınacaq və qaçqın siyasətinin məqsədi həmrəylik bölgüsü sisteminə nail olmaq olaraq qalmalıdır. “Federal hökumət bütün üzv ölkələr arasında qaçqınların qəbulu ilə bağlı məcburi razılaşmanın əldə olunmasını təmin etmək üçün Avropa İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək”, – qətnamədə aydınlıq gətirilib.
Havar Şəfiyeva