Almaniya Patriot zenit-raket kompleksindən ikisini Polşanın Ukrayna ilə sərhəd yaxınlığındakı Zamostie şəhərinə göndərib və onlar təsadüfi raket zərbələrinin qarşısını almaq üçün orada yerləşdiriləcək.
Elchi.az News.am-a istinadən bildirir ki, keçən ilin noyabrında Ukrayna raketi Polşanın bölgədəki Prjevodov kəndinə düşərkən iki polyak həlak olmuşdu. Nəticədə Berlin hava məkanının təhlükəsizliyini təmin etmək üçün Polşaya üç Patriot bölməsi göndərməyi təklif etdi.
“Almaniyanın indi NATO-nun Polşadakı şərq qanadını Patriot ilə dəstəkləməsinin səbəblərindən biri, əlbəttə ki, biz Rusiya və Ukrayna arasındakı münaqişənin NATO-ya üzv dövlətlərinə nə qədər sürətlə yayıla biləcəyini görməmizdir”.
Yeganə