Almaniya “Patriot”u bu tarixdə Kiyevə göndərəcək

64

Almaniya öz ehtiyatında olan “Patriot” kompleksini bu ilin birinci rübündə Ukraynaya göndərəcək.

Elchi.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibi Şteffeb Qebeştrayt “Quardian”a deyib.

O, həmçinin bildirib ki, Almaniya birinci rübün sonuna qədər Kiyevə 40 ədəd “Marder” zirehli maşını da göndərəcək.

Qebeştrayt bu texnikanın verilməsindən öncə onların istifadəsi üçün ukraynalı hərbçilərə 8 həftəlik təlim keçiləcəyini də bildirib.