Ağ Evin mətbuat katibi Karin Jan-Pyer mətbuat konfransında bildirib ki, ABŞ NATO-nun şərq blokuna daxil olan ölkələrə silah alışı üçün 682 milyon dollar ayırır.
Elchi.az TASS-a istinadən bildirir ki, ABŞ Ukrayna naminə hərbi anbarlarını viran qoyan ölkələrin silahlarının doldurulmasına kömək edəcək. Yardım Ağ Evin alyans müttəfiqlərini dəstəkləmək üçün ayırdığı 3 milyard dollarlıq böyük paketin bir hissəsidir.
“ABŞ 3 milyard dollardan çox yeni hərbi yardım elan etməklə Ukraynanın özünü müdafiə qabiliyyətini təmin etmək üçün davamlı öhdəliyini nümayiş etdirəcək”,-deyə Karin Jan-Pyer bildirib.
Yeganə