Almaniya kansleri Olaf Şolts Nigeriyaya səfəri ərəfəsində ölkəsinin Nigeriyadan təbii qaz tədarükünə ümid etdiyini bildirib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Qeyd edək ki, Afrika dövləti mavi yanacaq ehtiyatlarına görə qitənin lideridir. Şolts Nigeriyanın “Punch” nəşrinə müsahibəsində deyib ki, alman şirkətləri Nigeriyadan qaz nəqlində maraqlıdırlar və qarşılıqlı faydalı əməkdaşlığa ümid edirlər.
Müqavilələrin konkret həcm və məbləğlərinə gəlincə, o, yalnız qeyd edib ki, bunlar maraqlı şirkətlər arasında danışıqlar zamanı müəyyən edilməlidir. Almaniya hidrogen yanacağı bazarının genişləndirilməsi təşəbbüslərini alqışlayır, kansler əlavə edib və perspektivli iqtisadi əməkdaşlıqdan danışıb.
Xatırladaq ki, bu gün Almaniya kansleri Afrikaya səfərinə başlayır, səfər zamanı Qana və Nigeriyaya səfər edəcək.
Yeganə