Almaniya kansleri Olaf Şolz Rusiya Mərkəzi Bankının (MB) dondurulmuş aktivlərinin sonradan Ukraynanın bərpasında istifadə edilməsi üçün mümkün müsadirə edilməsi məsələsini olduqca çətin olacağını deyib. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Almaniya kansleri Avropa İttifaqının (Aİ) sammitindən sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb: “Hər şey olduqca mürəkkəbdir və indi heç kim nəyin mümkün olduğunu və necə olduğunu bilmir”.
Almaniya hökumətinin başçısı onu da qeyd edib ki, Aİ ölkələrinin rəhbərləri Avropa Komissiyasına (AK) bu məsələnin öyrənilməsi və görülən işlərin nəticələri barədə hesabat verilməsi barədə göstəriş veriblər.
Bundan əvvəl Bloomberg xəbər verib ki, Aİ ölkələrinin liderləri Rusiya Mərkəzi Bankının (MB) bloklanmış aktivlərindən əldə edilən gözlənilməz gəlirlərə vergi tətbiq edilməsi ideyasını dəstəkləyiblər. Tapılan metodun köməyi ilə blok Ukraynanın bərpasına kömək etmək üçün dondurulmuş vəsaitlərdən istifadənin qanuniliyi problemini həll edəcək.
Havar Şəfiyeva