Almaniya hökuməti İrandakı etirazlarla bağlı daha 2 nəfərin edam edilməsinə reaksiya verib.
Elchi.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit Berlində verdiyi açıqlamada, “Almaniya hökuməti İran rejiminin ölüm hökmündən repressiya aləti kimi istifadə etməyə davam etməsini ən sərt şəkildə pisləyir” dedi.
Hebestreit Tehran hökumətini “bir daha və təcili olaraq” bir daha ölüm hökmü çıxarmamağa və ölüm hökmünü dərhal ləğv etməyə çağırıb və müttəfiqlərin və İrana təzyiqin daha da artacağını bildirib.
“Biz İranı haqsız yerə həbs edilənlərin hamısını gecikdirmədən azad etməyə çağırırıq”, – Hebestreit bildirib.
Şayəstə