Almaniya kansleri Fridrix Merts Almaniya iqtisadiyyatının bəzi sahələrində vəziyyəti kritik hesab edir.
Elchi.az xəbər verir ki, o, bu barədə XDİ/CSU blokundan və Almaniya Sosial Demokrat Partiyasından (SPD) olan Bundestaq üzvlərinə ünvanlanmış məktubda bildirib.
Hökumət başçısı qeyd edib ki, Nazirlər Kabinetinin bütün təşəbbüsləri hələ də Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətini artırmayıb və bəzi sahələrdə vəziyyət kritik olaraq qalır: “Bu baxımdan, 2026-cı ildə biz şəraiti əsaslı şəkildə yaxşılaşdırmaq üçün düzgün siyasi və qanunvericilik qərarlarının qəbuluna diqqət yetirməli olacağıq”.
Məktubda kansler həmçinin bəyan edib ki, Almaniya hakimiyyəti iddiaya görə Kiyevə yardımı davam etdirəcək, eyni zamanda atəşkəsə nail olmaq üçün səy göstərəcək: “Eyni zamanda, biz diplomatik işimizi çətin şəraitdə həyata keçiririk”, – o, vurğulayıb.
Yeganə





















