Almaniya ilk şəxsi üzən LNG terminalını açır

33

Enerji böhranında sənayenin təkərlərini döndərmək üçün mübarizə aparan Almaniyanın ilk özəl üzən mayeləşdirilmiş təbii qaz terminalı rəsmi olaraq ticari fəaliyyətə başlayıb.

Elchi.az Türkiyə mediasına istinadən xəbər verir ki, bölgədə Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar enerji təchizatı üzərində ağırlaşmaya səbəb olarkən, Almaniya hökuməti bu qış evləri isti saxlamaq üçün mübarizə aparır.

Almaniya hökuməti Moskvanın “Şimal axını 1” qaz kəməri ilə qaz axınını dayandırmaq qərarı ilə yaranan enerji böhranı ilə mübarizə apararkən Almaniya hökumətinin ölkədə ilk LNG terminallarını tez bir zamanda tikmək qərarına gəldiyini açıqlandı.

Almaniya hökumətinin enerji təchizatını təmin etmək üçün göstərdiyi sıx səylərə və qlobal bazarlarda təbii qaz qiymətlərinin enişinə işarə edən Almaniya kansleri Olaf Şolz Almaniyada iqtisadi böhranın yaşanmadığını deyib.

Yeganə