Almaniya Çexiyaya Ukraynaya hərbi yardım çərçivəsində iki “Leopard 2A4” tankı təhvil verib.
Elchi.az bu barədə “ČTK” xəbər agentliyinə istinadən xəbər verir.
2022-ci ilin dekabrında bu ölkənin ordusu ilk “Leopard 2A4” aldı. İlin sonuna kimi Almaniya ona daha 11 belə döyüş maşını təhvil verəcək. 2024-cü ildə Almaniyadan “BPz3” zirehli təmir-evakuasiya maşınının alınacağı gözlənilir ki, bu da agentliyin verdiyi məlumata görə, yardım üçün Ukraynaya təhvil veriləcək.
Çexiya Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab olaraq müdafiə qabiliyyətini gücləndirir. Agentliyin məlumatına görə, 2026-cı ildə ölkə Almaniya tankları və İsveç istehsalı olan “CV90” piyada döyüş maşınlarından ibarət ağır zirehli briqada yaratmaq niyyətindədir.
Yeganə