Almaniyanın iqtisadiyyat naziri Robert Habek Ukrayna istisna olmaqla, tərəfdaşlara silah ixracı prosedurunu sadələşdirmək qərarına gəlib. Elchi.az “N-TV”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Yeni tədbirlər ixrac nəzarəti sahəsində inzibati prosesləri əhəmiyyətli dərəcədə sürətləndirməlidir və 2023-cü ilin sentyabrından qüvvəyə minəcək.
Nazirlikdəki mənbələr bildiriblər ki, sadələşdirilmiş prosedurlar Ukraynaya şamil edilməyəcək, çünki artıq onun üçün xüsusi qaydalar mövcuddur. Beləliklə, Kiyev bu məsələdə diqqətdən kənarda qalıb.
Qeyd edək ki, daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya sursat çatışmazlığı yaşayır və 2031-ci ilə qədər ehtiyatları artırmaq üçün 20 milyard avro sərmayə qoymağa hazırdır.
Havar Şəfiyeva