Almaniyada yaşayan çeçen Mohmad Abdurahmanova qarşı sui-qəsd ittihamı ilə mühakimə olunan Valid D-nin Almaniyada daxili kəşfiyyatdan məsul olan Konstitusiyanı Müdafiə Təşkilatının (BfV) məlumatçısı olduğu üzə çıxıb.
Elchi.az xəbər verir ki, Münhen Ali Regional Məhkəməsində işi izləyən “Frankfurter Allgemeine Zeitung” qəzetinin xəbərləri çeçen Valid D-nin həm Çeçenistan, həm də Alman kəşfiyyatına xidmət etmiş ola biləcəyi ehtimalına diqqət yetirib.
Məhkəmədə bildirilib ki, Federal Cinayət İdarəsinin rəsmisi Valid D-nin daxili kəşfiyyat xidməti olan Mecklenburg-Vorpommern əyalətinin Konstitusiya Mühafizəsi Agentliyinin məlumatçısı olduğunu təsdiqləyib.
Valid D, Mohmad Abdurahmanovun ünvanını kəşfiyyat xidməti ilə əlaqə saxladığı agentdən almaqda şübhəli bilinir.
Federal Prokurorluq həmçinin sözügedən agentə qarşı “rəsmi sirrlərə xəyanət” ittihamı ilə növbəti araşdırma aparır.
Şayəstə