Antisemitlər Almaniya vətəndaşlığından məhrum ediləcəklər. Elchi.az “Reuters”a istinadən xəbər verir ki, bunu Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser bildirib.
Almaniya parlamentində qəbul edilən qanun, antisemit hərəkətlər edən insanlara heç vaxt Almaniya vətəndaşlığı verilməyəcəyini ifadə edəcək. “İndi Bundestaqda müzakirə edəcəyimiz yeni vətəndaşlıq qanunu layihəmiz antisemitlərin açıq şəkildə istisna edilməsini nəzərdə tutur”- deyə nazir bildirib.
O əlavə edib ki, alman hakimiyyətləri Almaniyadakı radikal Fələstin HƏMAS hərəkatının tərəfdarlarına qarşı son dərəcə ayıqdır və qeyd edib ki, bu cür hər hansı bir şəxs qanun çərçivəsində mühakimə olunacaq.
Bundan əvvəl Almaniya parlamentindəki Xristian Demokratik və Xristian Sosial Birliklərinin müxalifət fraksiyasının rəhbəri Torsten Frei Almaniya vətəndaşlığının alınmasını İsrailin mövcudluq hüququnun tanınması ilə əlaqələndirməyi təklif edib. Onun sözlərinə görə, vətəndaşlıq qanununa belə bir maddənin daxil edilməsi Almaniyada antisemitizmlə mübarizəyə kömək edəcək.
Havar Şəfiyeva