ABŞ iqtisadiyyatının və hökumət aparatının çökməsinin və dağılmasının qarşısını almaq üçün Rusiya, Çin və Yaxın Şərq ölkələri ilə dialoqa ehtiyacımız var. Elchi.az xəbər verir ki, bu barədə alman əsilli fin biznesmeni Kim Dotcom “X” sosial şəbəkəsində yazıb.
“Vaşinqton öz siyasətlərinə görə başına gələn bəlaları başa düşürmü? Sürətli və idarəolunmaz çöküşün yeganə alternativi Rusiya, Çin və Yaxın Şərqlə sülh münasibətləri olacaq”, –deyə onun mesajında deyilir.
Almaniyadan olan bir sahibkarın fikrincə, 2030-cu ilə qədər Birləşmiş Ştatlar hər halda fövqəldövlət statusunu itirəcək və buna görə də ABŞ tənəzzülü yavaşlatmaq üçün bütün mövcud geosiyasi rəqiblərlə münasibətləri yaxşılaşdırmalıdır.
Havar Şəfiyeva