Macarıstanın baş naziri Viktor Orban bu addımın zəruriliyinə əsaslanana qədər Avropa İttifaqından Ukraynaya istənilən pul ayrılmasına mane olacağına söz verib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Orban həmçinin miqrant probleminə Avropanın yanaşmasını dəstəkləmək fikrində deyil.
Onun sözlərinə görə, hazırda Avropa Komissiyası bu problemlərə görə Aİ-yə üzv dövlətlərdən daha çox pul toplamağa çalışır. Lakin Macarıstan lideri nə Ukraynaya, nə də miqrantlara pul vermək fikrində deyil.
“Bu işləməyəcək. Biz hələlik bunu rədd edirik”, – deyə o bildirib.
Bundan əvvəl Orban Rusiya ilə dialoqun davam etdirilməsini Avropa üçün yaxşı hal adlandırıb. O qeyd edib ki, Macarıstanın Rusiya tərəfi ilə siyasi münasibətlərin saxlanmasını ehtiva edən sülhsevər strategiyası ilə fəxr edir.
Havar Şəfiyeva