Almaniya 18 Rusiya vətəndaşını İnterpol xətti ilə axtarışa verib

🗓 02.06.2025 13:35 ✍️ "Elçi" qəzeti
Almaniya 18 Rusiya vətəndaşını İnterpol xətti ilə axtarışa verib

Almaniya 18 Rusiya vətəndaşını beynəlxalq axtarışa verib.

Elchi.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, Osipov Oleg Vasileviç, Kurov Artem İgoreviç, Mikailov Maksim Sergeyeviç və digərləri Almaniya ərazisində cinayətkar birlik yaratma və onun tərkibində fəaliyyət göstərməkdə təqsirli bilinib.

Almaniya məhkəmələri tərəfindən 18 Rusiya vətəndaşı barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və onların saxlanılması istiqamətində beynəlxalq qaydada İnterpola müraciət olunub.

Bənzər yazılar