"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Allahşükür Paşazadədən dünya azərbaycanlılarına MÜRACİƏT

28 Dekabr 2022 - 14:44
in XƏBƏR LENTİ
FacebookVatsap

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə azərbaycanlılara müraciət edib.

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Elchi.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Möhtərəm və əziz həmvətənlər!

Yer kürəsinin müxtəlif ölkələrində yaşayan soydaşlarımıza müraciət edərək Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, Uca Yaradanımızdan xeyir-dualar diləyir və ən xoş arzularımı yetirirəm.

Bu il ikinci ildönümünü qeyd etdiyimiz Qarabağ Zəfəri hər bir azərbaycanlı üçün tarixi ədalətin bərpası uğrunda Haqq savaşımızın şərəf və qürur mənbəyidir. Uca Allahın köməyi, müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi. Azərbaycanın torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan Ordumuz dünya hərb tarixinə Şuşa qalasının alınması kimi şanlı səhifə yazdı, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı. Vətən naminə canını fəda edərək şəhidlik məqamına yüksəlmiş bütün qəhrəman əsgər və zabitlərimizə Allahdan rəhmət, şücaətli qazilərimizə şəfalar diləyirik!

Şükürlər olsun ki, hər il bayramlarımızı 30 il həsrətində olduğumuz Şuşanın Cıdır düzündə qarşılamaq arzumuz bizlərə nəsib oldu. 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa önəmli beynəlxalq tədbirlərin keçirildiyi, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüş mübarək məkandır. Bir millət, iki dövlət – Azərbaycan – Türkiyə münasibətlərinin qardaşlıq və müttəfiqliyinin mühüm tarixi nailiyyəti olan Şuşa Bəyannaməsinin ardınca Şuşada bu il türk-İslam həmrəyliyinin təcəssümü olan Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərləri Şurasının təsis olunması, ilk Bəyannaməsinin qəbul edilməsi xüsusi rəmzi məna daşımaqla böyük mənəvi uğurumuzdur. Bu il Şuşa Dünya Azərbaycanlılarının V Qurultayına evsahibliyi etdi. Qürur ünvanımız Şuşada tarixə Zəfər Qurultayı kimi həkk olunmuş bu tədbir, əminəm ki, hər bir soydaşımız üçün xüsusi önəm kəsb etdi. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram edilməsi ənənəsinin əsasını qoymuş, ilk Qurultayın təşəbbüskarı Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyini gələn il təntənə ilə qeyd edəcəyik, inşallah.

Möhtərəm həmvətənlər! Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri –vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, tarixi, mədəni və dini abidələrimizin bərpası ilə bağlı hazırda davamlı şəkildə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın yüksək mənəvi dəyərlərinə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşmasına bütün dünya şahiddir. Şuşada yeni, möhtəşəm məscid binasının təməlinin qoyulması, Füzulidə, Zəngilanda fəaliyyətə başlamış beynəlxalq hava limanları, Şüşaya aparan Zəfər yolu, yeni Laçın yolu, əsası qoyulan sənaye obyektləri, ilk sakinlərini qarşılamış müasir Ağalı kəndi dövlətimizin gücünə və qüdrətinə inamımızı, gələcəyə nikbinliyimizi artırır. Uca Allahın köməyi, müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə, əminik ki, işğaldan azad olunmuş torpaqlarımız ən qısa zamanda yenidən dirçəldiləcək, Böyük Qayıdış tezliklə gerçəkləşəcəkdir.

Əziz həmvətənlər! Sizləri hər birimiz üçün önəmli olan Həmrəylik günündə təbrik fürsətindən istifadə edərək, mühüm olan bir reallığı xatırlatmaq istərdim. Dünya azərbaycanlıları onilliklər ərzində Zəfərimiz naminə böyük fədakarlıq nümayiş etdirmişlər. Şanlı qələbəmizin nəticələrinin bundan sonra da həyatın bütün sahələrində davam etməsi üçün millət olaraq daha çox səy göstərməli, hələ də şovinist və məkrli niyyətlərindən əl çəkməyən erməni və ermənipərəst təhrikçilərin təbliğat və təxribatlarını, qarayaxma kampaniyalarını dəf etmək istiqamətində bütün qüvvəmizlə mütəşəkkil olmalıyıq. Bu reallığı nəzərdən qaçırmamalıyıq ki, Ermənistanın hərbi-siyasi dairələri, erməni kilsəsi və diasporu, habelə onları dəstəkləyən bəzi ölkələr və bədnam təəssübkeşləri erməni xalqını məqsədyönlü şəkildə revanşizmə və yeni müharibəyə kökləyir. 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatının imzalanmasından sonra işğaldan azad olunmuş ərazilərimizdə diversiyalar törədilir, torpaqlarımızda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar aşkar edilir.

Həmin Bəyanatın müddəalarında nəzərdə tutulduğuna baxmayaraq, Ermənistana məxsus hərbi birləşmələr Azərbaycan ərazisindən çıxarılmır, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan və humanitar məqsədlər üçün açıq olan Laçın yolu vasitəsilə yeni silah-sursat, minalar daşınır, qanunsuz şəkildə təxribatçılar göndərilir, separatçı rejim xaricdən dəstək alır. Azərbaycanın “Qızılbulaq” qızıl yatağı və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir, talanmış təbii sərvətlərimiz ölkədən çıxarılır, ekologiyamız məhv edilir. Bütün bunlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin dərin narazılığına səbəb olur. Buna etiraz olaraq Azərbaycanın qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri, ekoloqlar və gənclərin iki həftədən artıq Şuşa-Xankəndi yolunda davam edən dinc xarakterli aksiyası barədə Ermənistan, xüsusən, Eçmiədzin və Kilikiya kilsəsi tərəfindən yalan və böhtan xarakterli anti-Azərbaycan təbliğatı aparılır, “erməni blokadası, humanitar fəlakət”, “erməni xalqına qarşı etnik təmizləmə siyasəti” kimi qələmə verməyə çalışırlar və bəzi hallarda müəyyən siyasi-ictimai dairələrin məlumatsızlığı ucbatından bu yalan məlumatlara istinad edilir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda aydın görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və aksiya keçirənlər tərəfindən buna heç bir maneə törədilmir. Azərbaycan dövlətinin dünya birliyi tərəfindən tanınan ərazisində yerləşən Laçın yolu ilə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyət üçün deyil, mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.

İşğal dövründə müharibə cinayətlərindən çəkinməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədən, şəhər və kəndlərimizi məqsədyönlü şəkildə yer üzündən silən, torpaqları qəsdən yandırıb yararsız hala salan, su hövzələrimizi zəhərləyən, qəbirstanlıqları dağıdan, məscidləri, kilsələri yerlə yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür. Bununla belə, türkofob və islamofob dairələr məkrli şəkildə Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparırlar. Bunun qarşısını almaq, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq işində dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir olmağa, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram. Beynəlxalq qurumlar müstəvisində, diplomatiya sahəsində, qlobal iqtisadi layihələr zəminində haqq, ədalət uğrunda mübarizə Vətənin nəfinə davam etməlidir. Azərbaycan naminə, millətimizin gələcək qələbələri naminə, beynəlxalq miqyasda daha böyük uğurlarımız naminə Uca Yaradanımızın buyurduğu kimi, bir olmaq, həmrəy olmaq zamanıdır!

Əziz həmvətənlər! Bir daha hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə, ailələrinizə səadət və uğur arzulayır, Uca Yaradandan xeyir-dualar diləyirəm. Qadir Allah hər zaman yardımçımız olsun, xalqımızı, müstəqil dövlətimizi və müdrik dövlət rəhbərimizi qorusun, Azərbaycanımızı hifz etsin! Amin!”

Previous Post

Allahşükür Paşazadədən dünya azərbaycanlılarına MÜRACİƏT

Next Post

ABŞ-ın ‘soyuq’la mübarizə apardığı bir vaxtda Bayden tətilə getdi

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post
ABŞ-ın ‘soyuq’la mübarizə apardığı bir vaxtda Bayden tətilə getdi

ABŞ-ın 'soyuq'la mübarizə apardığı bir vaxtda Bayden tətilə getdi

ABŞ-ın ‘soyuq’la mübarizə apardığı bir vaxtda Bayden tətilə getdi

ABŞ-ın 'soyuq'la mübarizə apardığı bir vaxtda Bayden tətilə getdi

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.