Rusiyalı məşhur müğənni Alla Puqaçova Rusiyaya qayıdıb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Puqaçova bu gün axşam saatlarında Pskov rayonunun sərhəd-keçid məntəqəsində görüntülənib. Müğənninin həyat yoldaşı Maksim Qalkin isə ölkəyə qayıtmayıb.
Qeyd edək ki, Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra ailəsi ilə birlikdə İsrailə köçmüşdü. İsraillə HƏMAS arasında münaqişənin kəskinləşməsindən sonra isə müğənni Kiprə getmişdi.