"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Alimlər Akif Əlizadəni qınadı: “Ağsaqqal adamsan…”

31 May 2019 - 11:20
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, MÖVQE, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə  “Report”-a verdiyi müsahibəsində  “Son 3-4 ildə məhkəmələrə Akademiyanın mənzillərlə əlaqəli düzgün mövqeyini isbat etmişik.” və s. deyə bildirib. Vallah adam bilmir nə desin. Ağsaqqal adam olasan, o böyüklükdə AMEA-nın prezidenti, Akademiki olasan, ölkənin ziyalısı sayılasan, yataqxana sakinləri üçün tikilmiş 128 mənzilli bir binanı mənimsəyərək (əlbəttə, tikinti şirkəti ilə birlikdə) 60-a yaxın yataqxana sakinini evsiz qoyasan, sonra da guya döğru iş gördüyünü deyəsən, bu mənzillərdən guya “xəbərimiz yoxdur” deyərək camaatı, oxucuları bu qədər aldadasan; bizcə bu hərəkətlər yuxarıdakı titullara yaraşmaz. Ən azı AMEA-nın minlərlə işçisinin hamısı işin nədən ibarət olduğunu, sizin nə işlər gördüyünüzü çox yaxşı bilir. Cənab akademik, sizlərin üzünə heç kəsin heç nə demədiklərinə baxmayın, pərdə arxasında sizin haqqınızda nələr danışıldığını bilmirsiniz.

Siz bu məhkəmə proseslərində qanuni heç nəyi isbat edə bilməmisininz. Sizin isbat etdikləriniz isə aşağıdakılardır:

Siz sübut edə bildiniz ki, sizin arxanız, dayağınız nə qədər möhkəmdir və əliniz nə qədər uzundur. Siz sübut etdiniz ki, prokurorluq orqanlarına, məhkəmələrə asanlıqla təsir edə vəonları asanlıqla ələ ala bilirsiniz. Siz sübut edə bildiniz ki, dövlət nəzarətində olan kütləvi informasiya vasitələrinə, televiziyalara nə qədər təsir edə bilirsiniz. Televiziyaların hamısına yazılı müraciətlərimiz olsa da, qorxularından onların biri də cəsarət edib bizim məsələni işıqlandırmağa gəlmədi.Siz sadəcə sübut edə bildiniz ki, Azərbaycan Respublikasının qanunları sizin üçün yazılmayıb və bu qanunların sizə heç bir təsiri yoxdur. Siz sübut etdiniz ki, havadarlarınızın köməkliyi ilə Respublika Prezidentinə göndərdiyimiz teleqram və məktubların ona çatmasının qarşısını çox asanlıqla ala bilirsiniz. Siz sübut etdiniz ki, yalanlar danışmaqla Respublika Prezidentini də aldada bilirsiniz.Siz sübut edə bildiniz ki, mərhum Prezident Heydər Əliyevin həyat yoldaşı, indiki Prezident İlham Əliyevin anası mərhum Akademik Zərifə Əliyevanın Fiziologiya İnstitutunda vurulmuş barelyefini çəpərləyə, toz-torpağa batıra, zibillik kimi yerdə saxlaya və havadarlarınızın köməklityi ilə bununPrezidentə çatdırılmasının qarşısını asanlıqla ala bilirsiniz.Siz sübut edə bildiniz ki, tikinti şirkəti ilə birlikdə qiyməti 10 milyon manat ətrafında olan bir binanı mənimsəyə və bununla əlaqədar Korrupsiya ilə Mübarizə İdarəsini susmağa məcbur edə bilirsiniz. Siz sübut etdiniz ki, Fövqəladə Hallar Nazirliyinə təsir edərək,sənədlərdə 2013-cü ildən sökülmüş olan yataqxananı sökdürmədən, sakinlərin başına toz-torpaq ələdə-ələdə yataqxananın 6-7 metrliyində 16 mərtəbəli binaları tikdirə bildiniz (çox güman ki, sakinlərə veriləcək kirayə pullarını da şirkətlə birlikdə mənimsəmisiniz). Siz sübut edə bildiniz ki, qeyri-qanuni protokollar tərtib etməklə sənədləri asanlıqla saxtalaşdıra bilirsiniz və buna görə sizin gül üzünüzə külək əsdirən yoxdur. Siz sübut edə bildiniz ki, insanları aldada, birinci püşkatmanın sənədlərini, sübutlarını məhv edə, bunu soruşan məhkəmə orqanlarına yalanlar danışa, məhkəmələri bu haqda danışmamağa məcbur edə bilirsiniz.Siz sübut edə bildiniz ki, müqaviləni əsas götürdüyünüz halda, onun tam əksi olaraq, sakinlərin bir neçəsinəəvvəlcə Şərifzadə küçəsində tikilən binalardan mənzillər verib, sonradan əllərindən alaraq (axı onların qiyməti daha bahadır), əvəzində Masazırdan, Xırdalandan (özü də Şərifzadə küçəsindəki ilə müqayisədə təqribən 1,5 dəfə az sahə ilə), eləcə də16 mərtəbəli binaların 17-ci mərtəbəsindən(çardaqdan) mənzillər verə bilirsiniz və buna görə heç kəs sizə bir söz deyə bilmir, məhkəmələrdə də bunları “görə bilmirlər”.Siz sübut etdiniz ki, seyid nəslindən ola-ola (bu da dəqiq məlum deyil) əziyyətlə dolanan, sizin bir aylıq gəlirinizi ömrü boyu qazana bilməyən, sabah yataqxana sökülərsə küçələrdə qala biləcək insanların haqqını əllərindən alaraq asanlıqla yeyə bilirsiniz və s.

Bunları sübut edən sənədlər və faktlar:

  1. 2002-ci ildə mərhum Prezident Heydər Əliyevin sərəncamı və AMEA mənzil komissiyasının tərtib etdiyi, o vaxt AMEA Rəyasət Heyətinin üzvü, indi AMEA-nın prezidenti olan Akif Əlizadənin də təsdiqlənməsinə razılıq verdiyi protokol əsasında sakinlərə verilmiş yaşadıqları mənzilin orderi. 
  2. AMEA-nın mərhum prezidenti M.Kərimovun Respublika Prezidenti İ.Əliyev Cənablarına ünvanladığı 22 fevral 2011-ci il tarixli müraciəti.
  3. 08 noyabr 2012-ci il tarixində tikinti şirkətinin nümayəndəsinin iştirakı ilə keçirilmiş yataqxana sakinlərinin iclasının 1 saylı protokolu və yataqxanada yaşayan sakinlərin razılıq imzası olan siyahı.
  4. 14 fevral 2012-ci ildə AMEA ilə  “Evrostroy-S” tikinti şirkəti arasında bağlanmış müqavilə və onun 1.1, 1.3, 2.1.1, 2.1.3, 3.2, 6.1 bəndləri.
  5. Yataqxananın sökülməsi və ərazidə binaların tikilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 19.12.2012-ci il tarixli, 564 saylı sərəncamı.
  6. “Aspirantlar Yataqxanası”nın sakinləri üçün tikilmiş və mənimsənilmiş 1 və 2 bloklarından ibarət yaşayış binasının eskiz layıhəsi.
  7. 2015-ci iliyul ayının 08-də, yəni yataqxana sakinləri üçün tikilən binanın tikintisi başa çatacağı ildə AMEA ilə “Evrostroy-S”  tikinti şirkəti arasında tərtib edilmiş və imzalanmış, nömrəsi olmayansaxta “PODRAT MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏR” protokolu.
  8. 07 oktyabr 2013-cü ildə eyni gündə tikinti şirkəti ilə bağlanmış ardıcıl müqavilələr əsasında AMEA prezidenti Akif Əlizadə, AMEA mənzil komissiyasının sədri İbrahim Quliyev və AMEA İşlər İdarəsinin müdiri, mənzil komissiyası sədrinin müavini Fətəli Abdullayevin “nəqd pulla” aldıqları mənzillər (müqavilələrin surətləri internet saytlarında verilib).
  9. AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man);
  10. Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75)Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man); 
  11. AMEA-nın Vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man);
  12. AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man);
  13. Boynunuza almadığınız, lakin sonradan mətbuatda üzə çıxan, yataqxana sakinləri üçün tikilmiş, lakin bır mənzili də yataqxana sakinlərinə verilməmiş I və II bloklardakı 73 mənzilin (yerdə qalan 55-ini şirkət mənimsəyib) AMEA prezidenti tərəfindən mənimsənildiyini sübut edən sənəd.
  14. Həm Səbail rayon məhkəməsində, həm də Bakı Apelyasiya məhkəməsində məhkəmə iclasını aparan hakimlərin iclasın videoçəkilişlə aparılması vəsatətlərini təmin etməmələri (!). Səbail rayon məhkəmələrindəsakinlərin qaldırdıqları vəsatətlərin əksəriyyətinin heç bir əsas göstərilmədən hakimlər(Mədinə Bağırova və digərləri) tərəfindən rədd edilməsi, AMEA tərəfinin qaldırdıqları vəsatətlərin isə heç bir əsas göstərilmədən dərhal və qeyd-şərtsiz qəbul edilməsi, bəzən hakimlərin AMEA tərəfdarı kimi çıxış etmələri,hakimlərin sübut olunmuş saxtakarlıqlara, qanun pozuntularına göz yummaları, sakinlərin təqdim etdiyi dəlil və sübutları bilərəkdən stenoqramlarda qeyd etməmələri.Bakı Apelyasiya məhkəməsində sədr Raqib Qurbanovun heç kəsi və heç bir tərəfi dinləmədən iş haqqında bəri başdan fikir söyləyərək, məhkəmə başlayan kimi iddiaçılara (yataqxana sakinlərinə) üzünü tutaraq amiranə səslə Apelyasiya şikayətini nahaq etdiklərini, AMEA-nın haqlı olduğunu bildirməsi (hakimin özü bu halda Azərbaycan Respublikasının Məhkəmələr və Hakimlər haqqında Qanununun 99-cu maddəsini pozmuşdur). Hakimin özünün qaldırdığı vəsatətdə tələb olunan sənədi AMEA təqdim etməyəndə (əvəzində hakimə iddiaçılar tərəfindən təqdim olunmuş başqa sənədin surətini AMEA yenidən göndərmişdi, axı tələb olunan sənəd gəlsəydi, məsələlər AMEA-nın xeyrinə olmayacaqdı) susub səsini çıxarmaması,sakinlərin hər şeyi sübut etdikləri halda qərarda guya onların qaldırdıqları məsələləri sübut edə bilmədiklərini yazmaları və s.
  15. Respublika Prokurorluğuna, Korrupsiya ilə Mübarizə İdarəsinə, Yasamal rayon Prokurorluğuna göndərdiyimiz müraciətlərdə göstərdiyimiz mənimsəmə faktlarının araşdırılmaması və bu haqda reaksiyanın olmaması və s.

Saray qəsəbəsində tikilən binalara görə özünüzü humanist göstərməyə çalışmayın. AMEA əməkdaşları üçün maksimum ödəniş müddətini 3 il təyin etmisiniz (!?) və ayda orta hesabla 300 manat maaş verdiyiniz AMEA əməkdaşlarından hər ay təqribən 500-900 manat ödəniş edilməsini tələb edirsiniz. Bu da ayrıca bir mövzudur.

Cənab akademik,düzgün olduğunuza güvənirsinizsə, sizin özünüzlə, yaxud ən bacarıqlı nümayəndələrinizlə, hətta sizin məhkəmələri aparan hakimlərinizlə istənilən televiziya kanalında canlı (ancaq canlı) debata çıxmağa hazırıq. Bacarırsınızsa, orada bizim haqsız olduğumuzu sübut edin. Bax onda xalq kimin haqlı, kimin haqsız olduğunu gözəl biləcək. Biz bəri başdan bilirik ki, siz buna cəsarət etməyəcəksiniz.Yoxsa, bağlı məhkəmə qapıları arxasında sizin diktənizlə yazılan məhkəmə qərarları həqiqəti əks etdirə bilməz.

Previous Post

Alimlər Akif Əlizadəni qınadı: “Ağsaqqal adamsan…”

Next Post

Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın böyük hissəsi dolub

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

Zelenskiyə Belarusa hücum etməməklə bağlı xəbərdarlıq edilib

03 İyun 2026 - 11:36

Professor Orsini: Ukraynanın Belarusa qarşı təcavüzü Zelenskinin sonu olacaq. Elchi.az xəbər verir ki, Ukraynanın Belarusa qarşı təcavüzü Prezident Volodimir Zelenski üçün pis...

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

Rusiya XİN Makronun açıqlamalarını lağa qoydu

03 İyun 2026 - 11:20

Zaxarova Makronun açıqlamalarında ikililik gördü. Elchi.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları bir-birini istisna edir; onlarda ikililik aşkar...

Next Post
Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın böyük hissəsi dolub

Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın böyük hissəsi dolub

Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın böyük hissəsi dolub

Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın böyük hissəsi dolub

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.