Alimlər Avropanın yeraltı su ehtiyatları quruduğu üçün bəzi ölkələrin fəlakət astanasında olduğu barədə xəbərdarlıq edib.
Elchi.az xarici mediaya istinadən bildirir ki, 2018 və 2019-cu ilin yayında Mərkəzi Avropada ciddi su qıtlığı yaşanıb.
O vaxtdan bəri qrunt sularının səviyyəsində əhəmiyyətli artım müşahidə olunmayıb və bu, davamlı olaraq aşağı səviyyədə qalır. Yeni bir araşdırma isə şiddətli quraqlığın təbii yaşayış yerlərini zədələdiyini, kənd təsərrüfatına təsir etdiyini və böyük enerji çatışmazlığı yaratdığını ortaya qoydu.
Bu uzun sürən quraqlığın təsirləri 2022-ci ilin yayında Avropada özünü daha qabarıq göstərdi. Çayların quruması, durğun suların tədricən yoxa çıxması həm təbiətə, həm də insanlara ciddi təsir edib. Bir çox su canlıları öz yaşayış yerlərini itirsə də, quru torpaq kənd təsərrüfatı üçün bir çox problemlər yaradıb.
Su böhranı daha böyük ölçülərə çata bilər
Bütün bunların fonunda Avropada enerji çatışmazlığının da pisləşdiyi deyilir. Su elektrik stansiyaları da susuzluqdan öz funksiyalarını yerinə yetirməkdə çətinlik çəkirlər.
Avstriyanın Qraz Texnologiya Universitetində peyklər tərəfindən aparılan araşdırmalar, su böhranının yaxın illərdə daha da böyüyə biləcəyini ortaya qoyub.
Araşdırmaların nəticələrinə görə, hazırda Avropada su ilə bağlı vəziyyət qeyri-sabitləşib.
Araşdırmanın həmmüəllifi Dr. Mayer Gürr, bir neçə il bundan əvvəl deyib:
“Heç vaxt təsəvvür etməzdim ki, Avropada, xüsusən də Almaniyada və ya Avstriyada su problemi olacaq. Ancaq burada su təchizatı ilə bağlı problemlər var. Biz bu haqda düşünməliyik”.
Yeganə