Alimlər Ayda enerji mənbəyi hazırlayıblar

99

Alimlər astronavtların Ayda uzun müddət qalmasına imkan verəcək enerji mənbəyi hazırlayıblar.
Elchi.az xəbər verir ki, NASA-nın Artemida proqramı təxminən 2030-cu ildə Ayda baza qurmağı planlaşdırır.
Uelsin Bangor Universitetinin alimləri bazada həyatı mümkün etmək üçün xaşxaş toxumu böyüklüyündə nüvə hüceyrələri inkişaf etdiriblər.
Universitetin Rolls Royce, Böyük Britaniya Kosmik Agentliyi və ABŞ-ın Los Alamos Milli Laboratoriyası ilə birgə hazırladığı texnologiya bütöv bir atom elektrik stansiyasını avtomobil ölçüsündə etməyə imkan verir.
Marsa gedən yolda dayanacaq kimi də istifadə edilə bilən ayda müasir texnologiya üçün lazım olan bir çox qaynaq var.
Bu resursların yerində istifadə edilməsi oradan digər planetlərə səyahəti asanlaşdıra bilər.
prof. Middleburq yaxın aylarda nüvə yanacağının bütün aspektlərini sınaqdan keçirəcəklərini bildirib.
Ayda atmosfer olmadığı üçün havanın temperaturu -248 dərəcəyə enir.
Universitet tərəfindən hazırlanan və Trisofuel adı verilən nüvə yanacağı Rolls Royce tərəfindən tikiləcək mikronüvə elektrik stansiyasında istifadə ediləcək.
prof. Middleburq bildirib ki, bu elektrik stansiyası raketə yüklənib Aya aparıla bilər.
Elektrik stansiyasının kosmos səyahətində təzyiq, sarsıntı və sürətlənmə təsirlərindən necə təsirlənəcəyi gələcək dövrdə həyata keçiriləcək sınaqlarla aydınlaşacaq.
Bangor Universitetindən başqa bir qrup kosmik raketlər üçün nüvə hərəkəti mənbələri hazırlayır.

Nuranə Məmmədova