Çinin məşhur “Alibaba Group” şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bunu “Alibaba Group”un prezidenti Maykl Evans Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
Evans şirkətin ölkəyə dəqiq nə vaxt investisiya qoymağı planlaşdırdığını açıqlamayıb. Şirkət prezidenti onu da bildirib ki, “Alibaba Group” artıq “Trendyol” vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyub.
Türkiyə mediasında yayılan məlumata görə, sərmayə xüsusilə Ankarada data və logistika mərkəzinin, İstanbul hava limanında ixrac əməliyyatları mərkəzinin tikintisinə yönələcək.
Britaniya Ukraynaya 25 min dron verib
Böyük Britaniya bu il vəd etdiyi 120 min drondan 25 mindən çoxunu Ukraynaya təhvil verib. Elchi.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir...





















Son şərhlər