"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 - 10:48
in HADİSƏ
FacebookVatsap

Ali Məhkəmə artan estetik əməliyyatları fonunda bədən toxunulmazlığı hüququna dair mövqe açıqlayıb.

Bunu da oxuyun

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Qubada 19 kq narkotik aşkarlanıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Bu barədə Elchi.az-a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Ali Məhkəmə Plenumu tərəfindən 24 dekabr 2025-ci il tarixdə qəbul edilən “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarla əslində konstitusion təminat altına alınıb, lakin hüquqların müdafiəsi baxımından digərlərinə nisbətən kənarda qalmış bədən toxunulmazlığı hüququna da aydınlıq gətirilib. Bədən toxunulmazlığı hüququ – bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur. Hüquqaziddliyi aradan qaldıran hallar yoxdursa, bədən toxunulmazlığına üçüncü şəxslər tərəfindən edilən hər hansı müdaxilə (tibbi, elmi, fiziki, cinsi və s.) qadağandır. Məsələn, şəxsin razılığı olmadan tibbi analizlərin aparılması və ya digər əsasla ondan biomaterialın götürülməsi, hər hansı inyeksiyanın edilməsi, sağlığında və ya ölümündən sonra onun orqan və toxumalarından istifadə edilməsi, bədəninə toxunulması, fiziki və cinsi zorakılığın edilməsi və s.

Plenum qərarında hansı hallarda sadalanan hüquqlara müdaxilənin qanuni olmasına da aydınlıq gətirilib. Həmin hallara şəxsin razılığı, üstün xüsusi mənafe, üstün ictimati mənafe və qanuni əsas aiddir. Şəxsin razılığı açıq şəkildə ifadə edilmiş, zədələnməmiş, qanuna və ya əxlaqa zidd olmayan iradə ifadəsini nəzərdə tutur. Razılıq yazılı, şifahi, konkludent hərəkət (davranış) və ya susma formasında ola bilər.

Zədələnmiş, qanuna və əxlaqa zidd, açıq şəkildə ifadə olunmayan razılıq hüquqi cəhətdən mümkün deyil və qəbul edilməsi qadağandır. (məsələn, şəxsin üzərində tibbi müayinə keçirilməklə onun bədən toxunulmazlığına müdaxilənin edilməsi barədə razılıq keçərlidir, lakin şəxsin həyatına son qoyulması ilə bağlı razılıq yolverilməzdir).

Plenum qərarında bu hüquqların keyfiyyətsiz tibbi xidmət nəticəsində pozulması və vurulmuş zərərə görə məsuliyyət məsələlərinə də geniş aydınlıq gətirilmiş, hansı hallarda tibbi xidmətlə bağlı vurulan mənəvi zərərin ödənilməsini tələb etməyin mümkünlüyü göstərilib. Bu hallar aşağıdakılardır:

1) Tibbi yardım tədbirlərinin ümumiyyətlə və ya lazımi keyfiyyətdə keçirilməməsi (xəstəliklərin (fizioloji və patoloji halların), zəhərlənmələrin, travmaların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi bərpa və reabilitasiya müddətində müşahidə edən tədbirlər);

2) “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqlarının pozulması;

3) Estetik, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərinin həyata keçirilməsi nəticəsində şəxsin sağlamlığının pozulması.

Tibbi yardımın göstərilməsi zamanı tibbi standartlar çərçivəsində hərəkət edilərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün- olmayan sağlamlığa vutulmuş zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlandığı halda məsuliyyət istisna edilir. Bu zaman cavabdeh göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir.

Plenum qərarı ilə həmçinin tibbi yardım və estetik sahədə tibbi xidmətlərin göstərilməsi zamanı yaranan zərərin kompensasiyası tələblərinin xüsusiyyətləri və hüquqi əsasları arasında olan fərqə də aydınlıq gətirilib.

Qərara görə, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növləri tibbi yardım deyil, nəticəsinə təminat verilən podrat münasibətləridir. Xidmətin nəticəsi müqavilə üzrə nəzərdə tutulduğundan fərqli olmuşsa, tibbi xidmətlə bağlı yaranan deyil, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn zərər tələb edilə bilər (məsələn, burunun forması əvvəlcədən razılaşdırılmış formaya uyğun gəlmədikdə, əkilmiş saç çıxmadıqda və s. estetik nəticələr mübahisələndirildikdə).

Bu xidmətlər göstərilərkən şəxsin yaşamaq, sağlamlıq və ya bədən toxunulmazlığı, habelə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqları pozularsa, yaranmış zərər müqavilə öhdəliyinin pozulmasından irəli gələn zərər hesab edilmir, belə zərər mülki hüquq pozuntusu olmaqla, bu mübahisələr sahəvi qanunvericilik və deliktlə tənzimlənəcək.

Dəymiş zərərin kompensasiyası tələbləri tibb müəssisəsinə və ya tibb işçisinə və ya hər ikisinə qarşı irəli sürülə bilər. Alternativ seçim imkanı zərərçəkənin istəyinə bağlıdır. Zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, pozuntuya yol vermş işçisinə qarşı əmək qanunvericiliyinin tələblərinə uyğun reqres tələb hüququ yaranır.

Previous Post

18 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

Next Post

Dünya geri dönülməz nəticələri ilə “su iflası” dövrünə girir

Bənzər yazılar

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06 Oktyabr 2026 - 17:25

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib. Müdafiə...

Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb. Elchi.az DİN-ə istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin...

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinə dron hücumu nəticəsində gəmi heyətində olan 3 Azərbaycan vətəndaşı...

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16

5 oktyabr tarixində Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Bu barədə...

Next Post
Dünya geri dönülməz nəticələri ilə “su iflası” dövrünə girir

Dünya geri dönülməz nəticələri ilə "su iflası" dövrünə girir

Azərbaycanla Qətər arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Qətər arasında hərbi əməkdaşlıq müzakirə edilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.