"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ali Attestasiya Komissiyasında ilginc münaqişə

20 İyul 2017 - 17:07
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Kamran Əliyev Laçın və Qubadlıda olub

İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

DİM bu imtahanın nəticələrini elan etdi

Ali Attestasiya Komissiyasında ilginc münaqişə
 Sədr əvəzi Vəli Hüseynov şöbə müdiri Lətifəni 
niyə söyürdü ki, sonra da üzür istəsin?
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında inanılmaz və ilginc münaqişə baş verib. Attestasiya Komissiyası sədrinin səlahiyyətlərini icra edənsədr müavini,fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynovla qurumun şöbə müdiri Lətifə xanım arasında baş verən insident zamanı, “elmimizin görkəmli nümayəndəsi” tabeçiliyində olan zərif cinsin nümayəndəsini hamının gözü qarşısında ağıla belə gəlməyən söyüşlərlə təhqir edib.
Münaqışə barədə müxbirimizə ətraflı məlumat verən, ancaq qurum rəhbərliyinin ona təziyq göstərəcəyindən ehtiyat edərək, adının açıqlanmasını istəməyən səxs qeyd etmişdir ki, hadisə ötən həftə komissiyanın ümumi yığıncağında baş vermişdir. Komissiya sədrinin səlahiyyətlərini icra edən Vəli Hüseynov qurumun əməkdaşlarının cağırdığı “ekstrennıy” yığıncağında  bir qədər əsəbi, bir qədər də kobud şəkildə bildirmişdir ki, son vaxtlar burada baş verən bütün işlər haqqında müxtəlf orqanlara yerli-yataqlı informasiyalar ötürülür və komissiyada korrupsiya hallarının baş alıb getməsi haqqında “yalan” məlumatlar yayılır. Vəli Hüseynov heç bir arqument və fakt göstərmədən, məlumatların biləvasitə şöbə müdiri Lətifə xanım tərəfindən kənara ötürüldüyünü bildirərək, onu günahlandırmış və belə davam edərsə onu işdən qovacağı ilə hədələmişdir.
Lətifə xanım israrla V.Hüseynovun dediklərini təkzib edərək, heç yerə və heç kimə burada baş verənlər barədə məlumat vermədiyini bildirsə də, sədr əvəzi ona qulaq asmaq belə istəməmiş və şöbə müdirinin şərəf və ləyaqətini alçaldan ifadələr işlətməyə başlamışdır. Vəziyyət gərginləşmiş və son vaxtlara qədər Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma xanım Abdullazadənin yaxın qohumu  olduğu üçün Lətifə xanımla,bəlkə də bu orqanda çalışan bütün əməkdaşlardan daha nəzakətlə və ehtiramla davranan V.Hüseynov sanki affekt vəziyyətə düşərək hamının gözü qarşısında söyüş və təhqiramiz ifadələr işlətməyə başlamışdır.
Hadisə barədə təfərrüatlara keçməmişdən əvvəl qeyd edək ki, yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikanın tələbatına uyğun hazırlanmasında və səmərəli istifadə olunmasında, habelə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişaf perspektivlərinin öyrənilməsində iştirak edən ali dövlət qurumunda, nə qədər təəssüf doğurası hal olsa da,  belə bir münaqişənin baş verməsi əslində gözlənilən idi. Çünki, Ali  Attestasiya  Komissiyasının sədri – görkəmli Azərbaycan alimi akademik Arif Şəfiyevin ötən ilin dekabrında vəfatından sonra bu dövlət orqanının  fəaliyyəti haqqında heç də xoşagələn söhbətlər dolaşmır.
Məsələn, elmi ziyalılarının nümayəndələri kuluarlarda belə fikirlər səsləndirirlər ki, əvvəllər Komissityanın müvafiq strukturları tərəfindən  2, hətta 3 dəfə müdafiəyə buraxılmasından imtina olunan işlər son bir neçə ayda tez-tələsik müdafiəyə buraxılır və “uğurla” müdafiədən keçir. Bəzi elmi işlərin müdafiə vaxtı çatsa da onlar ya qəsdən yubadılır, ya da əsasnaməyə görə Ekspert Şuralarına göndərilmək əvəzinə qapalı rəylərə yönəldilir. Yaxud, Ekspert Şuralarının təsdiq etdiyi elmi işlərtəkrar qapalı rəylərə göndərilir. Beləliklə, dövlət qurumunda bir etimadsızlıq ab-havası yaradılır ki, bu da Ali Attestasiya Komissiyasının əsasnaməsindən deyil, dövlət orqanının sədri vəzifəsini icra edən Vəli Hüseynovun iş prinsiplərindən, istəyindən irəli gəlir.
Sədr əvəzi Vəli Hüseynovu daha çox qəzəbləndirən isə son vaxtlar Komissiyada ayaq açan korrupsiya hallarının artması haqqında məlumatların yayıllması olmuşdur və bu səbəbdən də qəzəb, söyüş və təhqir dolu çanaq şöbə müdiri Lətifə xanımın başında çatlamışdır. 
Belə bir dövlət qurumunun, necə deyərlər, elmimizin nəzarət braxılış məntəqsinin rəhbərindən öz ünvanına ağlına belə gəlməyən çirkin ifadələr eşidən Lətifə xanım şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirəndə, Vəli Hüseynov sanki, yuxudan ayılıb. Yığıncaq vaxtından tez başa çatıb. Üstündən heç bir gün belə keçməmiş, Lətafət xanımın tam ciddi və məhkəməyə müraciət edəcəyində israrlı olduğunu ətrafının gətirdiyi xəbərlərdən qətiləşdirən sədr əvəzi Vəli Hüseynov onu kabinetinə dəvət edir. Sanki heç iclasdakı qəzəbdən dili dodağı əsən, qarşısındakının qadın olduğunun fərqinə belə varmayıb söyüş söyən, təhqir dolu ifadələr işlədən adam deyilmiş kimi peşmançılıqla üzr istəməyə, hətta böyük səhv etdiyini boynuna almağa başlayıb  ki, bəlkə Lətifə xanım onu bağışlaya. Amma işin bu sonluqla bitməsini istəməyən, böhtan və təhqiri üstündən götürməyə, hər şeydən əvvəl insan, sonra qadın, daha sonra alim ləyaqətini qorumaq istəyən Lətifə xanım sədr əvəzi Vəli Hüseynovdan yenidən iclas çağırıb, bütün kollektivin qarşısında söylədiklərini geri götürməyi, sonra üzr istəməyi tələb edib. Məsələnin çox böyük fəsadlar verəcəyini, onun sədrliyə gedən yolunu belə bağlayacağını, bəlkə köhnə vəzifəsini belə itirəcəyini ayıq başla dərk edən Komissiyanın sədr əvəzi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov şöbə müdirinin bu tələbi ilə razılaşıb. Yenidən iclas çağrılıb, kollektiv salona toplaşıb və bu dəfə gördükləri, yeni bir Vəli Hüseynovun yalvarışlarla dolu etirafları, hətta söyüşləri belə öz ünvanına geri götürdüyünü deməsi hamıda dərin ikrah hissi doğurub. Münaqişəyə son verilib, amma Azərbaycan Respublikasının Prezidenti yanında Ali  Attestasiya  Komissiyasında gedən proseslərə, baş verən qaranlıq olaylara hələ son verilməyəcək. Çünki, sədr əvəzi Vəli Hüseynov yerində möhkəm oturub…
Bütün bunlardan sonra dünyalarca məşhur olan Ezopun bir təmsili yadıma düşdü: Bir kor insanın əlinə hansı heyvanı verirdilərsə, o heyvana əlini sürtən kimi nə olduğunu dərhal deyirdi. Bir dəfə də onun qucağına bir canavar balası verdilər. O sakitcə əli ilə heyvanın tükünə əl sürtüb çox dərin düşünmədən dedi:”Bilmirəm bu hansı heyvanın – canavarınmı, tülkününmü və ya bunlara bənzərhansısa heyvanınmı balasıdır, ancaq bir şeyi bilirəm ki, yaxşısı budur onu qoyun sürüsünün arsına buraxmayın.
Previous Post

Ali Attestasiya Komissiyasında ilginc münaqişə

Next Post

Gələn həftədən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Bənzər yazılar

Kamran Əliyev Laçın və Qubadlıda olub

Kamran Əliyev Laçın və Qubadlıda olub

07 Avqust 2026 - 16:47

Avqustun 7-də Azərbaycan Baş prokuroru Kamran Əliyev Laçın və Qubadlı rayonlarında olub. Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib....

İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 16:26

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib...

DİM bu imtahanın nəticələrini elan etdi

DİM bu imtahanın nəticələrini elan etdi

07 Avqust 2026 - 16:17

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının...

“Arzum 999”un məhkəməsində yeni qərar

“Arzum 999”un məhkəməsində yeni qərar

07 Avqust 2026 - 15:52

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə...

Next Post

Gələn həftədən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Gələn həftədən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Son xəbərlər

Kamran Əliyev Laçın və Qubadlıda olub

Kamran Əliyev Laçın və Qubadlıda olub

07 Avqust 2026 - 16:47
Tramp: “Mən sonuncu respublikaçı prezident ola bilərəm”

Tramp: “Mən sonuncu respublikaçı prezident ola bilərəm”

07 Avqust 2026 - 16:34
İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

İki gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 16:26
DİM bu imtahanın nəticələrini elan etdi

DİM bu imtahanın nəticələrini elan etdi

07 Avqust 2026 - 16:17
Dövlət Maliyyə Nəzarəti Xidməti 92 milyon manata yaxın vəsaiti büdcəyə bərpa edib

Dövlət Maliyyə Nəzarəti Xidməti 92 milyon manata yaxın vəsaiti büdcəyə bərpa edib

07 Avqust 2026 - 16:09
“Arzum 999”un məhkəməsində yeni qərar

“Arzum 999”un məhkəməsində yeni qərar

07 Avqust 2026 - 15:52
Kimlər adını dəyişə bilməz? – Rəsmi

Kimlər adını dəyişə bilməz? – Rəsmi

07 Avqust 2026 - 15:43
Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30
Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

07 Avqust 2026 - 15:14
Rusiya NATO ölkəsinə hücum edə bilər – WSJ

Rusiya NATO ölkəsinə hücum edə bilər – WSJ

07 Avqust 2026 - 15:00
Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

07 Avqust 2026 - 14:49
Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

07 Avqust 2026 - 14:38
Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

07 Avqust 2026 - 14:29
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14
Çin ABŞ-ın yeni nüvə strategiyasını şərh etdi

Çin ABŞ-ın yeni nüvə strategiyasını şərh etdi

07 Avqust 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.