Noyabr ayının 15–i, saat 15:00-da yazıçı Aytən Cavanşirin “Pərdələri çəkin” kitabının imza günü keçiriləcək.
İmza günü mərasimi “Park Bulvar AVM”də baş tutacaq. “Pərdələri çəkin” onlarla kino və musiqi ulduzlarının yaradıcılıqları və şəxsi həyatlarının maraqlı məqamlarından bəhs edir. Retro kino vurğunu olan müəllifin dilindən Marçello Mastroyanni, Federiko Fellini, Domeniko Modunyo, Alen Delon Odri Hepbern, Sofi Loren, Anna Manyani, Anuk Eme, Adriano Çelentano, Frenk Sinatra, Ennio Morrikone, Nəsibə Zeynalova, Robert Hosseyn və digər onlarla dahi insanın həyatı nəql olunur. Müəllifin fikrincə, “Pərdələri çəkin” kitabı incəsənəti sevən hər kəsin kitab rəfində olmalıdır. Aytən Cavanşir “Vəkil” romanı və “Ayaqlarım üşüyürdü” kitablarının müəllifidir. Məşhur aktyor Alen Delonun oğlu aktyor Entoni Delon yazıçı xanımın yazılarını və fəaliyyətini instagram səhifəsindən izləyənlər sırasındadır.