"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Aleksey Manvelyanın bloqu: Mənim vətənim haradır?

02 İyun 2016 - 10:11
in XƏBƏR LENTİ
FacebookVatsap

Image captionBBC Azərbaycancanın müxbiri Aleksey Manvelyan Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış və hazırda Yerevanda yaşayır.

“Mənim üçün vətən anlayışı yoxdur.

Bunu da oxuyun

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

O hiss nə vaxtsa ürəyimdə yaranarsa,

gedib Amurun sahilində ölmək istərdim”.

– Nigar An

Bura təzə gəldiyim ilk illər nətəhərsə oldu, kiminsə dəvətilə Moskvaya getmişdim, amma tez qayıtmaq istəyirdim ki, uşaqlar qəriblikdə darıxmasınlar. Onları 2-3 günlüyə o vaxt hələ Rusiyaya köçməmiş bacima tapşırmışdım.

“Aeroflotun” bilet kassalarına yaxınlaşıb: “Odin bilet do Kirovabada, yesli netu, pojaliuysta, do Tbilisi”, – soruşurdum ki, birbaşa evə bilet olmasa, Tiflisdən avtobusla gedərəm.

Kassalardan birində Tiflisə bilet var idi, qiz pasportumu istəyəndə, birdən yadıma düşdü ki, axı EV daha Kirovabadda deyil. Daha doğrusu, ev Kirovabadda idi, mən ora qayıda bilməzdim.

Cihazqayırma zavodunda işləyəndə tez-tez ezamiyyətə gedərdim və geri qayıdanda “Kirovabada” bilet alardım, ona görə də ev mənim üçün həmin şəhərlə assosiasiya edilirdi.

Bu dəfə isə mən ömrümdə bir dəfə bir neçə saatlığa ezamiyyətə gəldiyim, ikinci dəfə isə qaçıb sığınmağa məcbur olduğum yad şəhərə, Yerevana qayıtmalıydım. EV anlayışı da mücərrəd bir məfhum idi, çünki o zaman elə indi də qaldığımız yataqxanada yaşayırdıq.

Gəncədən çıxanda 2 yaşı olan qızım indi də elə bilir ki, biz həmişə yataqxanalarda yaşamışıq. Yeddi-səkkiz yaşında bir dəfə soruşmuşdu: “Ata, bizim Kirovabaddakı yataqxanamız buradakından yaxşı olub?”

Yavaş-yavaş öyrəşdim, və artıq evə bilet alanda, şəhərin adını səhv salmıram. Ona görə ki, məni gözləyən uşaqlarım bu şəhərdədir, onların yanına bu şəhərə qayıtmalıyam.

Belə çıxır ki, bu dünyada mən heç vaxt vətənə qayıtmamışam? Ya ata-anamın yanına, ya da uşaqlarımın yanına qayıtmışam.

Son vaxtlar uşaqlarla da “vətən”, “ata yurdu”, “ana dili” anlayışlarını öz üstümüzə biçib, anlamağa çalışırıq.

Vətən haradır? Doğulduğun yer, yoxsa milli mənsubiyyətinlə eyni adlı ölkə?

Hamımız Azərbaycanda doğulmuşuq: uşaqlar – Gəncədə, mən – Dağlıq Qarabağ Muxtar Vilayətində. Pasportumuza əsasən, erməniyik. Bütün dinlərə hörmətlə və, heç kəsin xətrinə dəyməsin, kütləni idarə etmək üçün mənəvi meyarlara əsaslanan ideologiya kimi yanaşırıq.

Bəlkə vətən – ordusunda xidmət etdiyin ölkədir? Çünki orduda vətəni qoruyursan.

Ana dilimiz hansı dildir? Daha yaxşı danışdığımız, anamızın bizə lay-lay oxuduğu, yoxsa bilmədiyimiz, lakin məxsus olduğumuz millətin dili?

Hamımız rus məktəbini bitirmişik, “ana dili” fənni rus dili olub. Evdə rusca və ermənicə danışırıq, çöldə – ermənicə. Uşaqları yox, amma məni 30-40 saniyədən sonra ifşa edirlər: “Qarabağdansan?” – soruşurlar.

90-cı illərin əvvəlində müstəqillik yolunu tutmuş Ermənistan camaatı dilin təmizliyi məsələsinə çox ciddi yanaşırdı. Rusdilli Azərbaycan qaçqınlarına tərs baxırdılar.

Yataqxana qonşumuz bakılı Nelli isə heç vaxt ermənicə danışmayıb. Mağazaya çörək almağa belə gedəndə, ürəyində: “Mek hat hats tur, mek hat hats tur”, – pıçıldaya-pıçıldaya gedirdi ki, növbəsi çatanda, Allah eləməmiş, rusca soruşmasın.

Elə beləcə pıçıldaya-pıçıldaya satıcıya yaxınlaşır. Satıcı bunu tələsdirir ki, “tez ol, nə istəyirsən?” – Nellinin ağzından qəflətən azərbaycanca: “Bir dənə çörək ver”, – çıxır, və o diksinib, tez ağzını əli ilə örtür. Sevincinin həddi-hüdudu yox idi ki, heç kim eşitməyib.

Bu qarmaqarışıq mülahizələrə dalmağa epiqraf seçdiyim Nigaran An təxəllüslü gənc azərbaycanlı şairənin, doğrusu, gözlənilməz və ötəri baxışdan qəribə görünən kəlamı səbəb oldu.

Sakit Okeana tökülən Amur çayının sahilində doğulub, Azərbaycanda böyümüş Nigar An-ın arzusu öz “Amur sahillərinin” həsrətilə yaşayanlara xüsusilə yaxındır, lakin çoxlari üçün əlçatmazdır:

Səndə böyüməyən arzularımı

“bu yer” daha da kiçiltdi.

Kiçilə-kiçilə özümə sığışdım,

sənə sığmamağa gələcəm, Amur.

…

Amma mən mütləq gələcəm.

Səndə boğula bilmədiyim üçün

üzr istəməyə gələcəm…

Previous Post

Aleksey Manvelyanın bloqu: Mənim vətənim haradır?

Next Post

Neftin qiyməti 50 dollara yaxınlaşır

Bənzər yazılar

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

12 İyul 2026 - 10:00

Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az...

Next Post

Neftin qiyməti 50 dollara yaxınlaşır

Neftin qiyməti 50 dollara yaxınlaşır

Son xəbərlər

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

ABŞ Hörmüzü qorumağa hazırdır – CENTCOM

12 İyul 2026 - 19:30
“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

“Qarabağ” DÇ-2026-nın iştirakçısını transfer edir

12 İyul 2026 - 19:14
“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

“Şmidtin Bosniya və Herseqovinada heç bir səlahiyyəti yoxdur” – Zaxarova

12 İyul 2026 - 19:00
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir?

12 İyul 2026 - 18:45
Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

Fransada Zelenski rejiminin devrilməsi ilə bağlı çağırışlar…

12 İyul 2026 - 18:30
Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

Ukraynada “Patriot”un istehsalına başlama tarixləri açıqlandı

12 İyul 2026 - 18:18
Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

12 İyul 2026 - 18:09
Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı

12 İyul 2026 - 18:00
Azərbaycan bu ölkəni təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

12 İyul 2026 - 17:53
Messi yeni rekorda imza atdı

Messi yeni rekorda imza atdı

12 İyul 2026 - 17:49
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

12 İyul 2026 - 17:29
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

12 İyul 2026 - 17:17
“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

12 İyul 2026 - 17:15
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

12 İyul 2026 - 17:10
Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.